Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:37

Baş redaktor: «Azərbaycan» sensasion qəzet deyil ki, yanğın haqda səhəri gün xəbər yayaydı


Bəxtiyar Sadıqov
Bəxtiyar Sadıqov

-

«Biz sensasiya qəzeti olmadığımız üçün mayın 19-da baş verən yanğını mayın 20-də çıxan nömrəmizdə dərc etmədik. Biz jurnalistikanın prinsiplərinə sadiqik. Ona görə də, gözlədik, hadisələr araşdırıldı, ondan sonra kifayət qədər material verdik. Biz qulağımızla yazmırıq, bizim üçün sensasiya önəmli deyil, sosial şəbəkələr kimi eşitdiyimizi yazmırıq».

Bunu AzadlıqRadiosuna müsahibəsində «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib. Milli Məclisin rəsmi orqanı olan qəzet mayın 19-da Bakıda 15 nəfərin ölümü, 60-dək adamın yaralanması ilə nəticələnən yanğın haqda hadisə gününün ertəsi, mayın 20-də heç bir məlumat dərc etməyib. Qəzet buna görə sosial şəbəkələrdə tənqid olunur.

«BİZ HADİSƏ YERİNƏ MÜXBİR GÖNDƏRMƏMİŞDİK»

Bəxtiyar Sadıqov AzadlıqRadiosuna bu haqda deyir:

- Sosial şəbəkələrdə olanların ağılları özlərinə gedib ki, hər eşitdiklərini yazsınlar. 21 may tarixində «Azərbaycan» qəzeti yanğın haqda üç səhifə material dərc edib. Dövlət başçısı cənab İlham Əliyevin sədrliyi ilə iclas keçirilib, həmin iclasdan steneoqram vermişik. Mehriban xanım Əliyeva xəstəxanada olub, xəstələrə baş çəkib, bununla bağlı məlumat vermişik. Kimsə bunları informasiya saymırlarsa, bu, onların öz problemidir

- Axı mayın 19-da Səhiyyə Nazirliyi ölü sayının 14 nəfər olması haqda məlumat yaymışdı. Rəsmi məlumat kifayət deyildimi ki, xəbər yayasız?

- Biz o yerə xüsusi müxbir göndərməmişdik. Orda bütün bu məsələlər araşdırılmalıydı, bilinməliydi səbəb nədir, itki nədir, görülən işlər nədir, ondan sonra məlumat yaya bilərdik. Biz sensasiya yaradan qəzet deyilik, biz dəqiqliyə, dürüstlüyə, jurnalistikaya prinsiplərinə sadiqik.

XS
SM
MD
LG