Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:01

Yenə peyğəmbərin karikaturaları, yenə zorakılıq


Hakimiyyət orqanları Dallasda keçirilən Məhəmməd peyğəmbər karikaturaları sərgisinə basqın edən naməlum silahlıların şəxsiyyətini müəyyən edib.

Hakimiyyət orqanları Dallasda keçirilən Məhəmməd peyğəmbər karikaturaları sərgisinə basqın edən naməlum silahlıların şəxsiyyətini müəyyən edib.

“The New York Times” və “The Washington Post” qəzetləri rəsmilərə istinadən yazır ki, bunlar Elton Simpson və Nadir Soofi-dir.

FTB agentləri bildiriblər ki, Arizona ştatında Simpsonun yaşadığı mənzildə axtarış aparılır.

İki basqınçı bazar günü keçirilən sərgidə atəş açdıqdan sonra güllə ilə öldürülüb.

Bəzi məlumatlara görə Simpson bundan əvvəl terrorizm şübhəlisi kimi təhqiqata məruz qalıb.

Onlar Dallasın ətrafında yerləşən Qarlandda Məhəmməd İncəsənət Sərgisinə tədbirin sonunda gəliblər və buradakı maşın parkında iki polisə atəş açıblar.

Yol polislərindən biri cavab atəşi açaraq hər iki basqınçını öldürüb.

Onun yanında olan polis nəfəri ayağından yaralanıb.

Yenə də Geert Wilders

Qarland polis idarəsi bildirib ki, bu şəxslərin adamlara hücum etmək niyyətində olduqlarına şübhə yox idi.

Məhəmməd peyğəmbərin karikaturalarından ibarət sərginin təşkilatıçısı ziddiyyətli bloger və fəal Pamela Geller-in rəhbərlik etdiyi Amerika Azadlığı Müdafiə Təşəbbüsü (American Freedom Defense Initiative) təşkilatı idi.

Bu tədbirdə əsas çıxışçılardan biri də holland siyasətçisi, İslama qarşı sərt münasibəti ilə tanınan Geert Wilders olub.

"Mücahidlərin tvitteri"

Sərgi-konfransda Məhəmməd peyğəmbərin “ən yaxşı karikaturası” üçün 10 min dollar mükafat müəyyən edilmişdi.

Rəsmilər deyirlər ki, hücum ərəfəsində Simpson bir neçə tvitter mesajı göndərib. Onlardan birində deyilirdi: “Qoy Allah bizi öz mücahidləri kimi qəbul etsin”. Sonradan bu tvitter hesabı bağlanıb.

Sənədlərdən aydın olub ki, Simpson bir neçə il əvvəl Somaliyə getmək planları barədə məhkəməyə yalan danışdığına görə məhkum edilib.

FTB-dən John Lannarelli bildirib ki, şübhəlilərin hər ikisi Feniksdə eyni mənzildə yaşayıblar.

Şübhəlilərin avtomobilinin müayinəsi üçün bomba ekspertləri çağırılıb. Onlar maşında partladıcı tapmayıblar.

Hücum gözlənilirdi

Müxbirlər bildirirlər ki, hələ sərginin ərəfəsində polis hücum ola biləcəyini gözləyirmiş.

Buna baxmayaraq, heç bir ciddi basqın xəbərdarlığı verilməmişdi.

Bu da xəbər verilir ki, sərginin təşkilatçıları da əlavə təhlükəsizlik tədbirləri üçün 10 min dollar ödəmişdilər.

Tədbirin təşkilatçısı Pamela Geller deyib ki, o, azad sözün müdafiəsində qalmaqda davam edir.

“Bu dəhşətli hadisə belə konfranslara ehtiyac olduğunu göstərir” – deyib xanım Geller.

O deyib ki, sərgi “anti-İslam” yox, “anticihad” məqsədilə təşkil olunub.

“Azad sözün kobudluğu”

Ağ Evin sözçüsü Josh Earnest deyib ki, prezident Barack Obama vəziyyət barədə vaxtaşırı məlumatlandırılır.

Sözçü əlavə edib ki, “azad ifadənin kobudluğu ona qarşı zorakılığa haqq qazandırmır”.

2006-cı ildə Danimarka qəzeti Jyllands-Posten Məhəmməd peyğəmbərin karikaturalarını dərc edəndə, bu, bütün Yaxın Şərq boyunca müsəlmanların zorakı etirazlarına səbəb olmuşdu.

Bu ilin yanvarında isə Fransada “Charlie Hebdo” jurnalında Məhəmməd peyğəmbərin karikaturaları dərc edildikdən sonra məcmuənin redaksiyasına basqın edilib və 12 nəfər öldürlüb.

İslamın qatı tənqidçisi olan Pamela Geller 2005-ci ildə Dünya Ticarət Mərkəzinin ərazisində Müsəlman icma mərkəzinin açılmasına hay-küylü etirazları ilə məşhurlaşıb.

O bildirib ki, “İslam dünyanın ən antisemit, ən soyqırıma meylli dinidir”.

XS
SM
MD
LG