Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:46

Mərkəzi Bank 30 milyonluq qiymətli kağızı hərraca çıxarıb


Mərkəzi Bank
Mərkəzi Bank

-

Aprelin 29-da Bakı vaxtilə saat 11-dən 12:30-a qədər Azərbaycanın Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bank ümumilikdə 30 milyon manatlıq not – qiymətli kağızı satışa çıxaracaq. Aprelin 29-da onun 5 milyon manatı üzrə hərrac keçirilib. Bir notun nominal dəyəri 100 manatdır. Alınmış notlar üzrə son ödəmə tarixi 27 maydır.

2014-cü ilin avqustundan dünya bazarında neft ucuzlaşıb. Bununla paralel dolların dəyəri digər məzənnələrə nisbətdə bahalanıb. Azərbaycanın Mərkəzi Bankı 3 ilə yığdığı valyuta ehtiyatın ötən 4 ayda itirib. Belə ki, 2011-ci ildən 2014-cü ilin noyabrına qədər Mərkəzi Bankın valyuta ehtiyatları 4.5 milyard dollar artaraq 15 milyardı ötüb. Amma noyabrdan sonra ehtiyat azalmağa başlayıb. Son dörd ayda 5.5 milyard dollar itirib. Martın sonuna Mərkəzi Bankın valyuta ehtiyatı təxminən 9.5 milyard dollardır.

Azərbaycan Mərkəzi Bankı 21 fevrala qədər – təxminən 7 ay manatı dollara nisbətdə sabit saxladı. Amma fevralın 21-də bir gündə manat 33 faiz ucuzlaşdı. Bundan sonra Mərkəzi Bankın bazara müdaxiləsinin azalacağı gözlənilirdi. Lakin martda, yəni manat ucuzlaşandan sonra Mərkəzi Bank daha 1.5 milyard dollar ehtiyatını itirdi.

İqtisadçı Zöhrab İsmayıl hesab edir ki, vaxtında zəruri tədbirlər görülməsə, Mərkəzi Bank qalan 9.5 milyard valyuta ehtiyatını 6 aya itirə bilər. 30 milyon manatlıq qiymətli kağızın hərraca çıxarılması da Mərkəzi Bankın maliyyə durumunun yaxşı olmadığını göstərir.

Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin komitə iclasında bildirib ki, baş verənlər neftin ucuzlaşmasına görədir.

XS
SM
MD
LG