Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:34

Human Rights Watch: «Azərbaycan ədaləti ələ salır»


Beynəlxalq qurumlar İntiqam Əliyevə məhkəmə hökmünü pisləyir

-

Beynəlxalq hüquq müdafiə təşkilatları hüquqşünas İntiqam Əliyevin 7 il 6 ay azadlıqdan məhrum edilməsini pisləyir.

Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev barəsində çıxarılan hökmə görə, o, 3 il dövlət vəzifəsi tuta bilməz. Hüquqşünas vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə və israf etmədə ittiham olunub.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri İntiqam Əliyevin həbsini siyasi sifariş hesab edir. Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» İntiqam Əliyevi «vicdan məhbusu» elan edib.​

FƏLAKƏT GÜNÜ

“Bu gün Azərbaycanda insan haqları və azadlıqlar üçün fəlakət günüdür. Qarşıdan gələn illər üçün Azərbaycanda insan haqları pozuntularının qurbanları özlərinin ən güclü müdafiəçilərini itiriblər”.

Giorgi Gogia
Giorgi Gogia

Bu sözləri Human Rights Watch təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Giorgi Gogia İntiqam Əliyev barədə çıxarılmış məhkəmə hökmü haqqında danışarkən deyib.

Gogia deyib ki, İntiqam Əliev barədə çıxarılmış hökmün siyasi sifariş olduğu şübhə doğurmur.

O bildirib ki, Azərbaycanın beynəlxalq partnyorları rəsmi Bakının “ədaləti ələ salmasına” son qoymalıdırlar.

UTANCVERİCİ HÖKM

İnsan Haqları Müdafiəçilərinin Müdafiəsi üzrə Rəsədxana (OMCT) bu hökmü qətiyyətlə pisləyib. Bu qurum Beynəlxalq İnsan Haqları Federasiyası (FIDH) və

Bu, Azərbaycanda tanınmış insan haqları vəkilinə qarşı daha bir utancverici hökmdür

Ümumdünya İşgəncələrə qarşı Təşkilatın birgə proqramıdır. Qurum ötən ilin avqustundan qanunsuz olaraq saxlanmış insan haqları müdafiəçisini dərhal və qeyd şərtsiz azadlığa buraxmağa çağırır.

“Bu, Azərbaycanda tanınmış insan haqları vəkilinə qarşı daha bir utancverici hökmdür,” FIDH prezidenti Karim Lahidji deyib.

Bir həftə öncə ictimai fəal Rəsul Cəfərov 6 il yarım azadlıqdan məhrum edilib.

OMCT-nin baş katibi Gerald Staberock Avropa Oyunlarına 2 aydan da az qaldığı bir vaxtda İntiqam Əliyev də daxil olmaqla bütün insan haqları fəallarını azadlığa buraxmağa, ölkədə insan haqları müdafiəçilərinin təqibinə son qoymağa çağırır.

İNTİQAM ƏLİYEVİN “CİNAYƏTİ”

“İnsan haqları müdafiəçisi və hökumətin açıq tənqidçisini 7 il 6 ay, saxta ittihamlarla azadlıqdan məhrum etməklə hakimiyyət Avropa Oyunları ərəfəsində bütün tənqidçilərini susdurmaq istədiyini göstərir,” bu bəyanatla Amnesty International hüquq-müdafiə təşkilatı çıxış edib.

“İntiqam Əliyev hakimiyyətin oyunlar qabağı ölkənin bütün problemlərini xalçanın altına süpürüb gizlətmək kampaniyasının son qurbanıdır. Mesaj budur: Dünyaya problemlərimiz barədə danışsan, cəzalanacaqsan,” Amnesty International-ın Avropa və Orta Asiya üzdə direktor müavini

deyib.

“İntiqam Əliyevin törətdiyi yeganə “cinayət” həmvətənlərinin hüquqlarını müdafiə etməsidir. O, həbsə atılmamalıydı və dərhal və qeyd şərtsiz buraxılmalıdır”.

Amnesty International Azərbaycanda azı 20 vicdan məhbusunun olduğunu deyir.

Hakimiyyət isə siyasi məhbus və vicdan məhbusu terminlərini qəbul etmir, fərdlərin konkret cinayətlərə görə saxlandığını bildirir.

XS
SM
MD
LG