Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:33

Avropa Oyunlarını reklam edən sürücü evinə 5-6 manat apara bilir


-

Bakı taksisi
Bakı taksisi

2012-ci ildə Bakıda keçirilmiş Eurovision Mahnı Müsabiqəsi dövründə olduğu kimi indi də paytaxtda London taksisi kimi tanınan bənövşəyi rəngli taksilərin sayı çoxalıb. İyun ayında keçiriləcək Avroa Oyunlarına görə. Üzərlərində Bakı 2015 Avropa Oyunları həkk olunan taksilər dayanacaqlarda, metro stansiyalarının, otel və restoranların qarşısında bir-birinin dalınca sıralanıb. O qədər çoxdurlar ki, sürücüləri yarızarafat, yarıgerçək «müştəridən çox taksi var» deyir.

«EUROVİSİON-DA NECƏ İŞLƏMİŞİK, İNDİ DƏ ELƏ İŞLƏYƏCƏYİK»

Eurovision ərəfəsində olduğu kimi indi də London taksilərinin sürücülərini ingilis dili kurslarına göndərirlər, əcnəbilərlə rəftar qaydaları öyrədirlər. Sürücülər deyir ki, onların qadağan etmək səlahiyyətəri də var:

«Kursda bizə müştəri ilə mədəni davranmağı öyrədirlər. Bundan başqa biz gərək müştəriyə siqaret çəkməyə icazə verməyək. Əlində pivə, araq görsək, buna icazə verməyək. Görsək ki, əlində tapanca, silah var, həmin an dipetçerə xəbər verməliyik».

Sürücülərdən biri Murad Məhərrəmov deyir ki, şəxsən o Avropa Oyunlarında taksisinə əyləşəcək əcnəbi müştəri ilə daha çox əl-qol hərəkətləri ilə ünsiyyət quracaq:

«Eurovision-da necə işləmişik, indi də elə işləyəcəyik. Onda əllə başa salırdıq ki, filan yer, filan otel hardadır. Mən ingilis dili keçməmişəm, bilmirəm. Salam, sağ ol, necəsən, sit down please, belə yüngül şeyləri bilirəm».

40 MANAT PLAN, 15 MANAT YANACAQ PULU

Arxiv fotosu
Arxiv fotosu

Murad deyir ki, içimiz özümüzü yandırır, çölümüz özgəni. Çünki planları çox, istirahətləri isə yoxdur:

«Günə 40 manat plan veririk. Əvvəl 28 manat idi. Onlara işləyirik, evə 5-6 manat ancaq apara bilirik. Gecə saat 1-ə qədər işləyirəm. 40 manat plan, 15 manat da yanacaq. Bir qəpik də olsun maaş almırıq. Bir dənə təmiri onlar edir, o da ki, 6-7 saat şəkir. Təmirdən axşam saat 9-da çıxırsan. O saatdan sonra 40 manat plan yığmaq olar? Özümüzə işləməyə bir gün verirlər, onu da çatışmayan planı vermək üçün işləyirəm. Nə istirahət, evə gecə 2-də 3-də gedib çıxa bilirəm, səhər 7-8-də işə başlayıram».

«BAKI TAKSİ» MMC: PLAN AŞAĞI SALINMAYACAQ

Sürücülər iş şəraitləri ilə bağlı etirazlarını rəhbərliyə də çatdırıblar. Elə bir neçə ay əvvəl (keçən ilin oktyabrın 22-də) London taksilərinin 50-dən çox sürücü «Bakı Taksi» MMC-nin ofisinin qarşısında etiraz aksiyası keçirmişdi. Sürücülər rəhbərliklə mətbuatın qarşısında görüşmək istəsələr də, rəhbərlik bu təklifdən imtina etmişdi. «Bakı Taksi» MMC-nin sözçüsü Sahil Əhmədov mətbaut deyib ki, plan aşağı salınmayacaq. Qurumun rəhbəri Səid Hüseynov da planın aşağı salınmayacağını, şərtlərlə razılaşmayanların işdən getməkdə sərbəst olduqlarını bildirib.

Nəqliyyat Nazirliyindən bildiriblər ki, Avropa Oyunları ilə bağlı Bakıya 300 ədəd yeni London taksisi gətirilib. Daha 200-nün də gətiriləcəyi də planlaşdırılır.

Bakıda London taksiləri 2011-ci ildən fəaliyyətə başlayıb. Taksiyə oturmağın məbləği 1 manat, hər kilometrin qiyməti 40 qəpikdir.

XS
SM
MD
LG