Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:19

«Gələcək hökumət bilməyəcək borc qaytarsın, yoxsa...»


Dollar
Dollar

-

Azərbaycanın xarici dövlət borcu 6 milyard 500 milyon dollar, xarici dövlət borcunun Ümumi Daxili Məhsula nisbəti 8.6 faiz təşkil edib.

Borc vəsaitlərinin 7.3 faizi 10 ilədək, 60.2 faizi 10 ildən 20 ilədək, 32.5 faizi isə 20 ildən artıq müddətə cəlb olunub.

Maliyyə Nazirliyi məlumat verir ki, yanvar ayına kimi xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi belədir: 64 faizi ABŞ dolları, 21 faizi avro. Hökumət yapon yeni, islam dinarı, BƏƏ dirhəmi, Səudiyyə rialı, Küveyt dinarı ilə də kredit alıb.

Nazirliyin açıqlamasına görə, əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankından vəsait cəlb edilib. Bu vəsait iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmiryol nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrinə yönəldilib, – Maliyyə Nazirliyi bildirir.

«BORCLANMA SÜRƏTLƏ ARTIR»

İqtisadçı-ekspert Natiq Cəfərli «Facebook» statusunda yazır ki, onu 2 fakt narahat edir:

Natiq Cəfərli
Natiq Cəfərli

«Bütün borclar dövlət qarantiyası ilə alınır, bu borclardan başqa iri dövlət şirkətlərinin (SOCAR, «Azərenerji», «Azərsu», AZAL və s.) də öz suveren borclanması var, amma bu kreditlər də dövlət təminatı ilə alınıb. Yəni, sonda borcların qaytarılmasına dövlət cavabdehdir, dəqiq məlumat olmasa da, hər halda bu qurumların borc portfeli 10 milyard dollardan az deyil. İkinci fakt odur ki, intensiv borc qaytarma 2020-ci ildən sonrakı dövrə düşür, yəni, indiki hökumətin aldığı borcları gələcək nəsillər və hökumətlər qaytarmalı olacaq. 2020-ci ildən sonra isə ölkədə yaxın zamanda köklü islahatlar olmasa, çox ağır dövr olacaq: neft hasilatı kəskin azalacaq, qazdan gözlənilən gəlirlər olmayacaq, ölkənin əhalisi, tələbatı, xərcləri artacaq, bütün bu problemlərlə yanaşı, hələ bir ciddi borc qaytarmaq yükümüz də olacaq».

GƏLƏCƏK NƏSİLLƏRƏ BORC YÜKÜ

Natiq Cəfərli bildirir ki, ölkənin borc alması pis deyil, sadəcə, bu kreditləri effektiv xərcləmək lazımdır ki, onlar əlavə dəyər yaratsınlar, qazanc gətirsinlər:

«Alınmış kreditlər də büdcə vəsaitləri kimi korrupsiyanın qurbanı olur, effektivliyi aşağı olur, bu da sadəcə ölkənin borc yükünü artırır. Yəni, bu hökumət gələcək nəsillərin problemini həll etmək əvəzinə, çiyinlərinə yük qoymaqla məşğuldur. Bunlardan sonra qurulacaq hökumət bilməyəcək təhsili, səhiyyəni, iqtisadiyyatın narkoman kimi resurslardan asılılığını düzəltsin, ya bunların yığdığı borcları qaytarsın. Effektiv və səmərəli idarəetmə sistemi qurulmasa, gələcək nəsillərə, öz övladlarımıza dəhşətli problemlər yükləyəcəyik».

XS
SM
MD
LG