Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:20

Gümrüyə daxili qoşunlar yeridilib, dəfn mərasimində qarışıqlıq gözlənilir


Arxiv fotosu: Gümrüdə Rusiya konsulluğu qarşısında etiraz aksiyası. 15 yanvar 2015
Arxiv fotosu: Gümrüdə Rusiya konsulluğu qarşısında etiraz aksiyası. 15 yanvar 2015

.

Gözlə

No media source currently available

0:00 0:02:52 0:00
Direct-ə keçid

Ermənistanın Gümrü şəhərində yanvarın 12-də qətlə yetirilən ailənin yaralı olan 6 aylıq son üzvü – Seryozha Avetisyan yanvarın 19-da dünyasını dəyişib.

Gümrüdə Serj Avetisyanın özü və 5 ailə üzvü - arvadı, qızı, oğlu və gəlini, üstəgəl 2 yaşındakı nəvəsi güllələnmişdi. 6 aylıq nəvəsi isə süngü ilə ağır yaralanmışdı. Körpəni bir neçə dəfə əməliyyat eləsələr də, xilas etmək mümkün olmayıb.

Hadisə yerində əsgər çəkmələri, əsgər çantası, Kalaşnikov avtomatı və 5x45 çaplı güllə gilizləri aşkarlanıb. Ayaqqabıların üzərində yazılmış addan yola çıxan polis və şəhərdəki 102 saylı Rusiya Hərbi bazasının əsgərləri burada çağırışçı kimi xidmət edən Valery Pavlovic Permyakovu cinayətdə ittiham edib, Ermənistan-Türkiyə sərhədi yaxınlığında həbs edib, hərbi bazaya gətirmişdilər.

Yanvarın 14-də minlərlə şəhər sakini 102-ci Rusiya hərbi bazasının qarşısına yürüş keçirib bazada saxlanan əsgərin Ermənistan tərəfinə təhvil verilməsi tələbi ilə mitinq keçirmişdilər. Şəhərdə qarışıqlıq ötən həftə prokurorluğun qarşısı və başqa yerlərdə olmuşdu.

Gümrü və Ermənistandakı qüvvələr hadisənin sonuncu qurbanı da dünyasını dəyişəcəyi halda toqquşmaların gözləndiyini deyirdilər. Ermənistan Daxili Qoşunlarının hissələri yanvarın 19-dan şəhərə yeridilib. Körpənin dəfn mərasimi yanvarın 21-də keçiriləcək və bundan sonra etirazların qızışması ehtimalı qalır.

Körpənin öldüyü xəbəri açıqlanandan sonra Rusiya bir daha bəyan edib ki, 7 nəfərlik bütöv bir ailəni qətlə yetirməkdə ittiham olan Valery Permyakovun məhkəməsi Ermənistan ərazisində keçiriləcək. Rusiya İnstintaq Komitəsinin sözçüsü Vladimir Markin deyib ki,

"Istintaq Komitəsinin rəhbəri erməni həmkarını əmin edib ki, Permyakovla bağlı istintaq və məhkəmə prosesi istisnasız olaraq Ermənistan torpağında keçiriləcək. İstintaq hərəkətləri və bütün hüquqi proseduralar beynəlxalq qanunlar və Ermənistan Respublikası və Rusiya Federasiyası arasında qüvvədə olan ikitərəfli sazişə uyğun olaraq aparılacaq".

Markinin bu açıqlamaları Gümrüdə ötən həftə etiraza çıxanları çətin ki, sakitləşdirsin. Çünki, onlar müttəhimin məhz Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsini və erməni məhkəməsində mühakimə olunmasını tələb edirdilər. Rusiya və erməni mediası, məsələn, “Novaya gazeta” və “kavkaz-uzel” saytları adını açıqlamayan erməni rəsmisinə istinadən yazıb ki, 102-ci hərbi bazayla bağlı qüvvədə olan ikitərəfli sazişə görə, bu məhkəmə prosesi Ermənistan ərazisində, ancaq Rusiya hərbi tribunalında baş tutacaq.

Hadisə baş verəndən sonra həm erməni, həm də rus rəsmiləri yerli sakinləri sakitliyə və təxribatlara uymamağa çağırırdılar. Yanvarın 18-də yayılan rəsmi məlumata görə, Rusiya prezidenti Putin erməni həmkarıyla telefon danışığında hadisəyə görə başsağlığı verib, cinayətkarın layiqli cəza alçağını əlavə edib, amma Rusiya ordusunun Baş komandanı olaraq üzr istəməyib.

Yanvarın 20-də Rusiya Silahlı Qüvvələri Baş Qərargahından bildiriblər ki, 2016-cı ildən başlayaraq Gümrüdəki 102-ci bazada cinayətdə ittiham olunan Permyakov kimi çağırışçılar yox, peşəkar müqaviləli hərbçilər xidmət edəcək.

Gümrüdə yanvarın 14-də baş vermiş qarşıdurmadan görüntülər:

XS
SM
MD
LG