Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:38

«Xədicə İsmayıl içəridə konsert verir, xoru da var...»


Jurnalist Xədicə İsmayıl və vəkil Elton Quliyev (19 fevral 2014)
Jurnalist Xədicə İsmayıl və vəkil Elton Quliyev (19 fevral 2014)

-

19 yanvarda çap olunan qəzetlərin icmalı:

Vəkil Elton Quliyev «Yeni Müsavat»a müsahibə verib. O sənətinin çətinliklərindən danışıb: «Göz yaşı axıtmasam da, çox vaxt içimdə ağlamışam»; «40 ildir qaynayan hüquq qazanında... bişirəm»; «Hər bir halda kiminsə cibinə girmirəm». Vəkil eyni zamanda hüquqularını müdafiə etdiyi, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıldan da danışıb:

«Yaxşıdır, fəlakət insandır. Mən belədə də onu çox istəyirdim, amma bu türmədə daha çox istədim. Türmədir, elə-belə yer deyil. Ora heç kim düşmək istəmir. Düşəndə də nə qədər olmasa narahatlıq keçirir. Qapalı yerə, qadağalara və məhdudiyyətlərə dözmək hər adamın işi deyil. O qədər sinəsinə döyən insanlar görmüşük ki, ora düşəndə sarsılır, apatiya, panika yaşayır.
...Az-az adamlar həbsi belə qarşılayır. Ad çəkib ayrı-seçkilik salmaq istəmirəm. O insanların heç hallarına «tafoot» eləmir. Nə deyinmək, nə şikyətlənmək. Xədicə çox savadlı, hazırlıqlı, dünyagörüşü geniş insandır. Cəfakeşdir. Həyatda öz yolu var, o yol ilə gedir. Türmədə saxlandığı şəraitdən şikayəti olmayıb.

- Hətta eşitdiyimə görə, içəridə mahnı oxuyur, kamera yoldaşlarına konsert verir. Gözəl də səsi var...

Hərdən xorla da oxuyurlar. 4 nəfər xanım var kamerasında. Onu həyətdən tək gətirirlər. O gələnə qədər koridor, həyət boşaldılır. Aparıb yoxlayırlar, sonra gətirirlər...

- Hə, mahnı oxuyur. Hərdən xorla da oxuyurlar. 4 nəfər xanım var kamerasında. Onu həyətdən tək gətirirlər. O gələnə qədər koridor, həyət boşaldılır. Aparıb yoxlayırlar, sonra gətirirlər. Bir dəfə də mən bunun yanına getdim, sonra sağollaşıb çıxdım. Məndən sonra digər vəkillər də çıxıb, o da otaqda tək qalıb. Qapı da arxadan bağlı. Başlayıb «Marselyez» oxumağa, bir-iki başqa mahnı oxuyub. Sonra gələndə mənə dedilər ki, bu maraqlı adamdır, qəşəng də səsi var. Kamerada da əvvəl özü solo oxuyur, sonra kameradakılar da buna qoşulur, xorla oxuyurlar. Kameradakılar da bunu çox istəyirlər».

BAHAR MURADOVA: «TERROR BÜTÜN BƏŞƏRİYYƏTİ NARAHAT EDİR»​

Bahar Muradova
Bahar Muradova

Milli Məclis sədrinin müavini Bahar Muradovanın Trend-ə müsahibəsində belə deyib:

«Fransada «Charlie Hebdo» jurnalının əməkdaşlarının və polislərin öldürülməsi terror hadisəsi kimi özlüyündə bütün bəşəriyyəti narahat edən məsələdir. Əgər biz terrora qarşıyıqsa, heç bir fərq qoymadan onun bütün növlərinə və formalarına qarşı olmalıyıq. Əgər biz dünyanı narahat edən faktları, o cümlədən etnik qrupları, dövlətləri bir-birinə qarşı qoyan məsələləri qəbul etmiriksə, bunu dünyanın hər yerində qəbul etməməliyik».

AZADLIQ QƏZETİ: «BAKININ MƏRKƏZİNDƏ SÖKÜNTÜ İŞLƏRİ DAYANIB»


«Azadlıq qəzeti» yazır: «Şəhərin mərkəzindəki söküntü işləri 20 günə yaxındır ki, dayanıb»

«Hakimiyyət təmsilçiləri regionda baş verən iqtisadi proseslərin Azərbaycana təsir etməyəcəyini bəyan etsə də, reallıq tamamilə başqa cürdür. 2015-ci il başlayandan neftin qiymətindəki eniş Azərbaycan iqtisadiyyatına öz təsirini göstərdi. Elə yeni ilin ilk günlərindən bir sıra dövlət müəssisələrində kütləvi ixtisarlar başladı. Bura «Azəriqaz» və Bakı Metropolitenini aid etmek olar. Eyni zamanda Neft Fondu Rabitə Nazirliyindəki iri layihəsindən imtina etdi.
Bu günlərdə isə Yasamal rayonu icra başçısının I müavini, Köçürmə Komissiyasının sədri Səməd Islamov deyib ki, hazırda Köçürmə

Bakının mərkəzində sökülən binalardan biri (2010)
Bakının mərkəzində sökülən binalardan biri (2010)

Komissiyasının əsas diqqəti ölçü və inventarlaşdırma işlərinə yönəlib. Bunun səbəbi kimi isə ölçü və inventarlaşdırma işlərinin tam yekunlaşdırılması göstərilir. S.Islamov bildirib ki, hazırda ona çalışılır ki, tam, komplektləşdirilmiş sənəd əldə edilsin. Artıq nəzərdə tutulan bütün yaşayış və qeyri-yaşayış sahələri ölçülüb.
Amma ortada olan nəticə odur ki, artıq 20 günə yaxındır ki, «Sovetski»də tikinti işləri dayanıb. Ekspertlər bunu təsadüfi saymırlar. Onların fikrincə, baş verən tendensiya böhranın Azərbaycana təsirinin nəticəsidir.

İqtisadçı Məhəmməd Talıblının fikrincə, xərclərin azaldılması böhran yox, iqtisadiyyatı neft faktorundan ağır asıllığı olan ölkənin riskləri minimumlaşdırmaq cəhdidir» .

20 YANVAR HADİSƏLƏRİ...

Yerli media sovet qoşunlarının Azərbaycana müdaxiləsinin 25 illiyi ərəfəsində o günləri yada salırlar.

20 yanvar hadisələrinədək Azərbaycana rəhbərlik etmiş Ayaz Mütəllibov «A24.az»a deyib:

Ayaz Mütəllibov
Ayaz Mütəllibov

«20 Yanvar Qorbaçovun apardığı dağıdıcı siyasətin nəticəsi idi və burada heç bir Azərbaycan rəhbərinin günahı yoxdur. O ki qaldı məni günahkar sayanlara, anlamalıdırlar ki, Azərbaycanın ilk prezidenti haqqında belə şayiələri yaymaqla, Azərbaycanın dünyadakı imicini yerə vururlar və çalışırlar ki, siyasi uğursuzluqlarını ört-basdır etsinlər. Azərbaycan demokratik ölkədir, hər kəsin öz fikri var, ancaq obyektiv olsalar, daha yaxşı olardı».

«Xalq Qəzeti» o zaman SSRİ Ali Sovetinin üzvü, Millətlər Sovetinin üzvü, Azərbaycan və Orta Asiya Respublikaları Qadın Komitəsinin sədri, akademik Adilə Namazovanın xatirlərini təqdim edir.

XS
SM
MD
LG