Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:39

Khaled Hosseini jurnalist Xədicə İsmayılı azad etməyə çağırdı


Khaled Hosseini
Khaled Hosseini

-

Amerikada yaşayan məşhur əfqan yazıçısı, "Çərpələng uçuran" romanının müəllifi Khaled Hosseini AzadlıqRadiosunun həbsdə olan müxbiri Xədicə İsmayılın müdafiəsinə qoşuldu.

Onun da qoşulduğu "PEN Amerika Mərkəzi"nin bəyanatında deyilir ki, jurnalist və tərcüməçi X.İsmayılın həbsi Azərbaycanın beynəlxalq imicinə ləkədir.

Jurnalistin həbsinin "qurama" adlandırıldığı bəyanatda qeyd edilir ki, X.İsmayıl ölkədə aparıcı araşdırmaçı jurnalistlərdəndir və geniş yayılmış korrupsiya və insan haqları pozuntuları hallarını üzə çıxarır.

X.İsmayıl həm də Khaled Hosseini-nin "Çərpələng uçuran" romanını Azərbaycan dilinə tərcümə edib.

"Mən X.İsmayılın Azərbaycan hökuməti tərəfindən həbsindən çox məyus olmuşam. Yazıçı olaraq mən yazmaq və ideyaları təqiblərdən ehtiyat etməyərək paylaşmaq azadlığını müqəddəs dəyər sayıram. Bu azadlıq istənilən, mənalı dialoq üçün vacibdir. Azərbaycan hökumətinin Xədicəni susdurmaq üçün çoxsaylı cəhdləri və onu bu azadlıqdan məhrum etməsi onun cəsarəti və aşırı təqiblər qarşısında nüfuzunu göstərir" - deyə Khaled Hosseini qeyd edib.

Xədicə İsmayıl
Xədicə İsmayıl

"Amerika PEN Mərkəzi" xatırladır ki, X.İsmayılı susdurmaq üçün son cəhdlər prezident aparatından qaynaqlanır. Prezident administrasiyasının rəhbəri həbsdən az əvvəl 60 səhifəlik yazı yazaraq jurnalisti "itaətsizlikdə və xaricdəki himayədarlarından sifariş alaraq Azərbaycan cəmiyyətinin tanınmış şəxslərinə qarşı destruktiv münasibət sərgiləməkdə" ittiham edib. Bununla da Xədicənin Azadlıq Radiosunda işləməsinə işarə edib. Bundan sonra isə - dekabrın 26-də Azadlıq Radiosunun Bakı bürosuna da polis tərəfindən reyd edilib və radionun onlarla əməkdaşı dindirilib, evlərinə reydlər edilib.

“Mənim üçün şərəfdir ki, səsimi Azərbaycan oxucusuna X.İsmayıl çatdırıb. İndi mənim onun səsinə səs vermək növbəm çatıb. Ümid edirəm ki, dünya onun dərhal azadlığa buraxılması və qeyd-şərtsiz jurnalistlik kimi mühüm işinə qayıtması çağırışlarıma qoşulacaq" - deyə yazıçı qeyd edib.

Yazıçı Twitterdə əlavə edir:

XS
SM
MD
LG