Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:31

Yolların yenidən qurulmasına 1 milyard 250 milyon dollar sərf olunacaq


Vəsait səmərəli istifadə olunmasa, yolların keyfiyəti ilə bağlı ciddi problemlər yarana bilər
Vəsait səmərəli istifadə olunmasa, yolların keyfiyəti ilə bağlı ciddi problemlər yarana bilər
2006-2008-cı illərdə Azərbaycandakı avtomobil yollarına həm dövlət büdcəsindən, həm də xarici banklardan alınan kreditlər hesabına böyük vəsaitlərin yatırılması gözlənilir. Növbəti üç ildə Azərbaycanın avtomobil yollarının yenidən qurulmasına 1 milyard 250 milyon dollar sərf olunacaq.

Bəs bu vəsait necə xərclənir və ya necə xərclənəcək?


Azad İqtisadiyyata Yardım İctimai Birliyi dövlət büdcəsindən ayrı-ayrı sahələrə sərf olunan vəsaitlərin monitorinqini aparır. Son altı ayda qurum avtomobil yollarına ayrılan vəsaitlərin istifadəsini monitrinq edib. Açıq Cəmiyyət İnstitutu –Yardım Fondunun dəstəyi ilə həyata keçirilən layihənin rəhbəri iqtisadçı Zöhrab İsmayıl deyir ki, «hökümət nümayəndələrində elə bil tələskənlik var ki, bu pulları, kreditləri tez bir zamanda alsınlar və onlar istifadə olunsun. Məsələn, bir tərəfdən avtomobil yolunun yenidən urulması, o biri tərəfdən də təmiri gedir. Bu isə budcə vəsaitinin səmərəsiz istifadəsi deməkdir».


Cənab İsmayılın sözlərinə görə, vəsait səmərəli istifadə olunmasa, yolların keyfiyəti ilə bağlı ciddi problemlər yarana bilər: «Bir neçə il bundan qabaq İpək Yolu layihəsinin bir hissəsi kimi, Ələt-Qaziməmməd yolu istifadəyə verildi, indi məlum olur ki, onun üstündən yenidən asfalt çəkmək lazımdır».


Monitorinqin məqsədi yolların yenidən qurulmasına ayrılan vəsaitlərin şəffaf və səmərəli istifadəsinə yardım etməkdir. Zöhrab İsmayıl deyir ki, layihələrin həyata keçirilməsində şəffaflıqla bağlı problemlər də var: «1 milyarddan çox vəsaiti istifadə etməyə hazırlaşan nazirliyin internet resursu yoxdur. Bu qədər vəsaiti istifadə etməyə hazırlaşan nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsi sorğulara cavab vermir».


Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Namiq Həsənov isə yol və körpulərin salınmasıyla bağlı səslənən tənqidləri əsassız adlandırıb.


Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl monitorinqin gələn il də davam etdiriləcəyini bildirdi.


XS
SM
MD
LG