Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 20:22

Azərbaycana yatırılan birbaşa investisiyaların həcmi azalıb


Hesabat müəllifləri azalmanı iri neft layihələrinin tamamlanmasıyla əlaqələndirirlər
Hesabat müəllifləri azalmanı iri neft layihələrinin tamamlanmasıyla əlaqələndirirlər
Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa investisiyaların həcmi 2004-cü ildən bu yana azalmaqda davam edir və bu proses 2007-ci ildən sonra daha kəskin şəkil ala bilər. BMT-nin Ticarət və İnkişaf Konfransının hesabatında belə deyilir. Oktyabrın 16-da yayılan sənəddə deyilir ki, Azərbaycana birbaşa investisiyalar 2004-cü ildəki 3,6 milyard dollardan 2005-ci ildə 1,7 milyard dollara düşüb. Hesabat müəllifləri Qazaxıstanda da müşahidə edilən bu azalmanı birbaşa olaraq iri neft layihələrinin artıq tamamlanması və kapital yatıran qurumların neftin qiymətlərinin artımı üzündən yetərincə gəlir əldə etməsiylə əlaqələndirirlər.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə rəhbəri Vitali Kramarenko «Azadlıq» radiosuna bildirib ki, Azərbaycandakı birbaşa investisiyaların 90 faizi neft sektoruna yönəlib. Sektordakı layihələr – BTC neft kəməri, iri yataqların işlənməsi və s. artıq başa çatdığından gəlir gətirməyə başlayıb. İndi investorlar öz yatırımlarının bəhrəsini görürlər. Cənab Kramarenko onu da bildirib ki, sözügedən sektordakı az qala bütün layihələr 2007-ci ildə artıq tamamlanacağından, düşünmək olar ki, Azərbaycana qoyulan investisiyaların həcmi həmin vaxtdan kəskin şəkildə azalacaq.


Hesabatda birbaşa investisiyaların həmçinin Cənubi Avropa və MDB-nin bəzi ölkələrində də 2005-ci ildən bu yana azaldığı bildirilir.


XS
SM
MD
LG