Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:41

Jurnalist Xədicə İsmayılova həbsdə qaldı


Xədicə İsmayıl məhkəməyə gətirilərkən
Xədicə İsmayıl məhkəməyə gətirilərkən

Səbayel Rayon Məhkəməsi dekabrın 26-da jurnalist Xədicə İsmayılova ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib.

Vəkil Elton Quliyev Turan agentliyinə qərardan apellyasiya şikayəti veriləcəklərini deyib.

Xədicə İsmayılova dekabrın 5-də həbs olunub, başqasını özünü öldürmə həddinə çatdırmaqda ittiham olunur.

O bunun peşə fəaliyyəti ilə bağlı olduğunu, Azərbaycan rəsmiləri isə onun konkret şəxsin şikayəti əsasında tutulduğunu deyirlər.

***

Səbail Rayon məhkəməsində jurnalist Xədicə Ismayılın həbs qərarının dəyişdirilməsi ilə bağlı şikayətinə baxılır. Məhkəməyə Xədicə Ismayıl barəsində həbs qərarı çıxaran Elşad Şamayev hakimlik edir. Müdafiə tərəfi və Xədicə Ismayıl hakimin işi aparmasına etiraz edib. Vəkil Elton Quliyev:


"Həbs qətimkan tədbirini seçən hakimin bu məhkəmədə eyni arqumentlərlə ədalətli qərar çıxaracağına şübhəmiz var. Xədicə Ismayıl çıxışında dedi ki, mənim həbsim və azadlığım barədə qərarlar bu məhkəmədə verilmir, hakimlər və prokurorlar burda qərar verə bilməzlər. Amma bizim hüquqlarımız var və bu hüquqlardan sonacan istifadə edəcəyik"

Dövlət ittihamçısı müdafiə tərəfinin etirazını əsassız sayıb. Məhkəmə müşavirədədir. Yeni xəbərləri paylaşacağıq.

XS
SM
MD
LG