Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:23

1 avro 100 rubla çatdı


Dekabrın 16-da Moskvada 1 avro 100 rubla çatdı.

1 ABŞ dollarının məzənnəsi isə 80 rubla çatıb.

Rusiya rublu 1998-ci ildən- Rusiya defolt olandan bəri bir gündə bu qədər düşməmişdi. Rusiya rublu bu il dünyada ən çox düşən valyuta olan Ukrayna hrivnasından da çox düşüb. Bu il rubl öz dəyərinin 50 faizini itirib.

Rusiya mərkəzi bankının sədri Nabiullina rublun düşməyini neftin qiymətinin düşməyi və xarici bankların Rusiya şirkətlərinə borc verməsini dayandırmağı ilə izah edir.

Rublun düşməyini Rusiya Mərkəzi Bankının rublla kreditləri bahalandırmağı da saxlaya bilməyib. Bank dekabrın 16-da illik əsas faiz dərəcəsini 10,5 faizdən 17 faizə qaldırdığını elan etdi.

“Rusiya Mərkəzi bankının direktorlar şurası qərar qəbul edib ki, dekabrın 16-dan illik əsas faiz dərəcəsini 17 faizədək qaldırsın. Belə bir qərara səbəb son zamanlar güclənən devalvasiyanı azaltmaqdır”.

Dekbarın 16-da Londonda neftin qyməti də bir barrelə 60 dollardan aşağı düşüb.

Rusiyada noyabrda istehsal son 10 ayda ilk dəfə geriləyib.

RUBLUN DÜŞMƏYİNİN SİYASİ AMİLLƏRİ

Rusiyanın keçmiş maliyyə naziri Kudrin Twitterdə yazıb ki, “rublun düşməyi təkcə neftin aşağı qiymətlərinə və sanksiyalara reaksiya deyil, bu həm də hökumətin iqtisadi tədbirlərinə etimadsızlığı göstərir”

Aleksei Kudrin
Aleksei Kudrin

Moskvadakı UralSib Financial qrupunun təhlilçisi Dmitry Dudkin hesab edir ki, Rusiya investisiya kimi pul qoiymaq yeri deyil. Ona görə rubl düşür.

Dudkinin fikrincə, rublun zəifləməyi Rusiyadan pulun xaricə axmağı ilə bağlıdır.

Dekabrın 16-da 20 faiz dəyərini itirən rubl günortadan sonra bir qədər özünə gəldi və 1 ABŞ dolları - 72 rubl, 1 avro - 91 rubl səviyyəsində məzənnələr sabitləşdiu.

Siyasi icmalçı Yulia Latynina Frans Pressə deyib ki, rublun qiyməti təkcə iqtisadi amillərlə izah oluna bilməz. Onun sözlərinə görə, bu, bazarların Putin idarəçiliyinə reaksiyasıdır.

O deyib ki, "seçicini aldatmaq olar, ancaq bazarı aldatmaq olmur".

XS
SM
MD
LG