Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:42

XİN: Azərbaycanın kənar müdaxilə və «tövsiyə»lərə ehtiyacı yoxdur


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

-

«ABŞ beynəlxalq səviyyədə insan hüquqlarının «himayədarı» funksiyasında çıxış etmək kimi lüzumsuz iddiasından əl çəkməli və beynəlxalq öhdəliklərinə uyğun ölkə daxilində insan hüquqları məsələlərinə ciddi diqqət yetirməlidir».

Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev ABŞ Dövlət Departamenti sözçüsünün Azərbaycanla bağlı açıqlamasına belə münasibət bildirib.

H.Hacıyev deyib ki, sözçünün Azərbaycanda insan hüquqlarının durumu haqda fikirləri obyektiv reallığı əks etdirmir:

«ABŞ Dövlət Departamenti sözçüsünün çıxışı insan hüquqlarını məqsədyönlü şəkildə siyasiləşdirmək, təzyiq alətinə çevirmək cəhdlərinin tərkib hissəsidir. Azərbaycanla bağlı qərəzli fikirlər yürütməzdən öncə ABŞ-da insan hüquqları sahəsindəki durumla bağlı dünya ictimaiyyətinin narahatlığını cavablamalıdır».

Hikmət Hacıyev əlavə edib ki, Azərbaycanın demokratik inkişafı davam etdirir, bu məsələdə kənar müdaxilə və «tövsiyə»lərə ehtiyac yoxdur.

ABŞ Dövlət Departamenti rəsmisi Jen Psaki Vaşinqtondakı 1 dekabr brifinqində AzadlıqRadiosunun əməkdaşı Turxan Kərimovun polis bölməsinə aparılması haqda sualı cavablandırarkən deyib ki, ABŞ Azərbaycan hökumətinin insan haqlarına dair beynəlxalq öhdəlik və vəzifələrinə əməl etməməsindən getdikcə daha dərin narahatlıq duyur:

«Biz Azərbaycanı öz vətəndaşlarının universal insan haqlarına hörmət etməyə və onlara öz baxışlarını ifadə etmək imkanı yaratmağa çağırırıq. Azərbaycan daha açıq cəmiyyətə imkan verməklə sabitliyi və firavanlığı təmin edə bilər».

XS
SM
MD
LG