Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:19

Avropa Komissiyası «Qazprom»la «qohumluq»da qəbahət görmür


Frederice Mogherinin Avropa Komissiyasının Xarici işlər naziri vəzifəsinə təiyantı müzakirə olunanda əleyhidarları onun Rusiyaya mülayim münasibətlərinin vurğulayırdılar
Frederice Mogherinin Avropa Komissiyasının Xarici işlər naziri vəzifəsinə təiyantı müzakirə olunanda əleyhidarları onun Rusiyaya mülayim münasibətlərinin vurğulayırdılar

-

Avropa Komssiyasının xarici siyasətini həyata keçirən şəxsin mətbuat katibi ilə Qazpromun rəsmi lobbiçisi arasında qohumluq əlaqəsi etik normalara zidd deyil. Avropa Komissiyasının nümyəndəsi AzadliqRadiosuna rəsmi cavabında belə deyir.

Bu günlərdə Avropa Birlyinin əsas icraedici orqanı olan Avropa Komissiyasında təhvil təslim işləri başa çatıb. Yeni seçkilərdən sonra Avropa Birliyinin sükanı arxasına yeni simalar keçib. Ən vacib postlardan sayılan Avropa Komissiyasının xarici siyasət və təhlkəsizlik işləri üzrə yüksək nümayəndə vəzifəsində Catherine Ashtonu italiyalı Frederica Mogherini əvəzləyir. Bu postun həm də Avropa Komissiyasının vitse-prezidenti statusu var.

QAZPROMLU KÜRƏKƏN

Xanım Mogherinin yeni komandasında 2000-ci ildən Avropa qurumlarında çalışan Catherine Ray də var. Mətbuatla əlaqələr işinə təhkim edilən xanım Ray 2013-cü ildə Thomas Baross-Tastets ilə ailə qurub. Məlum olur ki, G+ şirkətində çalışan Baross-Tatsets Rusiya enerji nəhəngi “Qazpromun” maraqlarını Avropada təmsil edir – Qazpromun rəsmi lobbiçisidir.

Xəbər verilir ki, o, oktyabrın 29-da Brüsseldə Avropa Birliyi və Ukrayna ilə danışıqlar aparan Rusiya enerji naziri Aleksander Novakın əhatəsində peyda olub.

AVROPA KOMİSSİYASI İLƏ ÜZ-ÜZƏYİK, SÖZÜNÜZÜ ÇATDIRARIQ

G+un veb saytında Baros-Tastes “Bütün yollar Brusselə aparır” yazır. Qazpromun adı çəkilməsə də, bildirlir ki, Brusseldə Avropa Komissiyası ilə eyni küçədə qərarlaşırlar. Saytda oxuyuruq: “...Moskva, Madird və ya Vyanadakı müştərilərimizin ismarıclarını çatdırmaq üçünb bizə küçəni keçmək bəs edər”

Bircə il əvvəl Avropa Xarici siyasət offisinin mətbuat katibi ilə Qazpromun maraqlarını təmsil edən şəxsin yaxın qohumluği çox güman ki, xüsusi maraq doğurmazdı – o zaman Rusiyaya Avropanın vacib partnyoru kimi baxır, birliyin əsas “ocaqçısı” ilə qohumluğa ancaq sevinərdilər.

KRIMIN İŞĞALI VƏ QAZPROM-AB "QOHUMLUĞU"

Krım işğalından sonra isə məsələ fərqli bucaq altından görünür. Soyuq müharibəni xatrıladan münasibətlər şəraitində qarşı düşərgə ilə nikah əlaqələri haqlı sual doğura bilər.

AzadlıqRadiosu Rusiya xidməti tərəflərin rəsmi təmsilçilərinin ər-arvad olması ilə bağlı Avropa Komissiralığının mətbuat xidmətinə sorğu yollaraq maraqlar toqquşması ehtimalı haqda sual edib.

ƏRİNİN QAZPROM ƏLAQƏLƏRİNİ ƏVVƏLCƏDƏN BİLDİRİB

Avropa Komissiyasının mətbuatla əlaqələrinə rəhbərlik edən Margaritis Shinas rəsmi cavabında yazır ki, xanım Ray özünün ailə vəziyyəti, həyat yoldaşının işi, onun Qazpromla əlaqələri haqda əvvəlcədən onları məlumatlandırıb. Cənab Shinas yazır: “Catherine Ray Avropa Komissiyasının etik normalarını yerinə yetirib”. O, əlavə edir ki, Catharina Ray-in namizədliyi Mogherini tərəfindən irəli sürülməyib, o ancaq müzakirəlrədə iştirak edib. Bundan başqa, Shinas yazır ki, Ray Afrika, Latın Amerikası və İran körfəzi ölkələri ilə ictimai əlaqələrə baxır. Rusiya da daxil olmaqla, Avropa işlərinə isə başqa şəxs məsuldur. Ona görə də, cənab Shiasın fikrincə, Ray-in Avropa Komissiyasındakı işində maraqlar toqquşması yoxdur.

XS
SM
MD
LG