Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:45

Brenda Shaffer ARDNŞ-lə əlaqəsi barədə sualdan əsəbiləşib


-

ABŞ mediasında Azərbaycanı təbliğ edən Brenda Shafferdən soruşublar ki, o, niyə Azərbaycan Dövlət Neft Şirkəti ilə əlaqələrini açmaq istəmir? Shaffer bu suala çox əsəbi reaksiya verib.

Bu hadisə oktybarın 23-də ABŞ-ın Kolumbiya Universitetində Avropa enerji məsələləri üzrə müzakirədə olub.

Sualı Kolumbiya Universitetinin məzunu və jurnalist olan Casey Michel verib.

İsrailin Haifa Universitetində professor olan Brenda Shaffer isə əsəbiləşib ki, “Amerikada şəxsi həyatın toxunulmazlığı hüququ var”.

“”onda mən də sizdən soruşa bilərəm, Casey, sizin xanımınızın adı nədir? Siz hanası məktəbə gedirsiniz? Siz harda işləyirsiniz? Sizin qanınızda xolesterolun səviyyəsi neçədir? “

Michelin sualı isə sentyabrın 9-da New York Times qəzetində bir redaktor qeydi ilə bağlıdır. Orda deyilirdi ki, Brenda Shafferin qəzetdə çıxan və Dağlıq Qarabağ barədə məqaləsində göstərilmir ki, o, ARDNŞ-in müşaviridir.

XS
SM
MD
LG