Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:20

Çirkli pul yuma əməliyyatları niyə artır?


Azərbaycan manatı
Azərbaycan manatı

-
ŞÜBHƏLİ PUL KÖÇÜRMƏLƏRİNİ KİMLƏR HƏYATA KEÇİRİB?

“Bizim Yol” yazır ki, kommersiya bankları tərəfindən cinayətkarlıq yolu ilə əldə edilməkdə şübhəli bilinən pulların həcmi və ya keçirilən əməliyyatların sayı kəskin artıb. Mərkəzi Bank yanında Maliyyə Monitorinq Xidmətinin (MMX) 2013-cü ilə dair hesabatından belə məlum olur. Monitorinq zamanı ümumi 344 milyon manatlıq vəsaitdən söhbət gedir ki, onun 230,1 milyonu yüksək riskli əməliyyatlar, 113,9 milyon manatı isə şübhəli əməliyyatlar hesab olunur. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin fikrincə, çirkli pulların yuyulması ilə bağlı əməliyyatların artımını bir neçə səbəblə izah etmək olar. Birincisi, bu istiqamətdə monitorinqlərin genişləndirilməsidir:

"Maliyyə Monitorinqi Xidməti beynəlxalq təşkilatların tövsiyələri əsasında yaradıldı. Bu qurum çirkli pulların yuyulmasının monitorinqini aparmaq və bunun qarşısını almaq məqsədilə yaradılan bir mərkəzdir. Monitorinq Xidməti ölkəyə daxil olan və xaric olan əməliyyatları yoxlayır. Beynəlxalq təşkilatların təpkiləri əsasında hesabatlılığı artıra bilərlər".

YAP BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏN QALİB ÇIXACAQ

Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova www.yap.org.az saytına müsahibəsində deyir ki, “ötən bələdiyyə seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyasının fəal işinin nəticəsi idi ki, bələdiyyə üzvləri içərisində 4 faizədək olan qadınların iştirakı 27 faizə qədər yüksəldi. Bu,

Bahar Muradova
Bahar Muradova

çox böyük uğurdur və bilavasitə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı sayəsində əldə olunub. Eyni fəaliyyəti bu dəfə də davam etdirmək əzmindəyik. Bildiyimiz kimi, artıq YAP Qadınlar Şurasının rayon və şəhər təşkilatlarının rəhbərlərinin iştirakı ilə bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar müşavirə keçirilib və konkret tapşırıqlar yerlərdə icra olunmaqdadır. Yeni Azərbaycan Partiyasının seçkilərdə iştirak təcrübəsi, əldə etdiyi uğurlar və daim yeniliyə meyli imkan verir ki, biz istənilən vaxt bütün fəaliyyətimizi seçki relsi üzərinə keçirək. Ona görə də, bu seçkilərdə hər hansı çətinliyin və ya problemin olacağını düşünmürəm. Seçkiyə hazırlığın müvafiq mərhələsinə uyğun vəzifələr zamanında yerinə yetirilir.

MÜSAVATIN QURULTAYININ İTTİHAMLARLA MÜŞAYİƏT OLUNAN DAVAMI

“Yeni Müsavat”ın yazdığına görə, Müsavat Partiyasının ilk baxışda qalmaqalsız keçirilən qurultayının artıq səs-küyü yüksəlməkdədir. Başqanlıq seçkisində namizədliyini geri götürən Səxavət Əlisoy yeni seçilmiş başqanı istefaya çağırıb, həmçinin yeni və sərt ittihamlar səsləndirib. S.Əlisoyun sosial şəbəkə vasitəsilə yaydığı bəyanatda bildirilir:

Arif Hacılı
Arif Hacılı

“Qurultaydan narazı olan müsavatçılar iddia edir ki, əksər rayonlarda qurultay nümayəndələri sizin tərəfinizdən ciddi nizamnamə pozğunluğu olmasına baxmayaraq, Arif Hacılıya dəstək üçün seçilib. Arif Hacılıya sərf etməyən rayonlarda nəticələr ya ləğv edilib, ya da rayon təşkilatı buraxılıb”.

Bütövlükdə seçki prosesinin ədalətli keçmədiyini bəyan edən Qubad İbadoğlu ona dəstək olan müsavatçıları oktyabrın 6-da Müsavat Partiyasının mərkəzi qərargahında görüşə dəvət edib. O, 6 oktyabr görüşünü Müsavatın bu gününü və gələcəyini müzakirə etmək, mövqeləri bölüşmək, eləcə də növbəti addımları müəyyənləşdirmək baxımından zəruri saydığını diqqətə çatdırıb.

ŞİRKƏTLƏR BİZƏ NİYƏ ZİBİL YEDİRİR?

“Rusiya bazarlarını üzümüzə açsa da, ölkənin 3-4 qida şirkətindən başqa heç biri bu ölkəyə mal idxal edə bilmir”. Bunu ANS PRESS-in əməkdaşı ilə söhbətində aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov bildirir. Onun sözlərinə görə, ölkə şirkətlərinin məhsullarının keyfiyyəti lazım olan səviyyədə deyil, buna görə də Rusiya və digər ölkələr həmin məhsulları öz bazarına buraxmır.

Rusiya,ərzaq mağazası
Rusiya,ərzaq mağazası

Aqrar ekspertin dediyindən belə çıxır ki, ölkə şirkətlərinin yalnız 1%-i xarici bazarlara çıxa bilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə ölkədə 439 şirkət qida istehsalı ilə məşğul olub. Bunların 422-si özəl şirkət olub və göründüyü kimi, ölkədəki özəl şirkətlərin də çoxu köhnəlmiş texnologiyalarla işləyir. Statistika məlumatlarından belə görünür ki, ölkə şirkətlərinin məhsulları keyfiyyətsiz olduğu üçün daxili bazarda da rəqabətə dözə bilmir və son bir neçə ildə 150-yə yaxın qida istehsal edən şirkət bağlanıb.

AZƏRBAYCAN SƏFİRİNİN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI CAVAB MƏKTUBU

“AzerTAc”: Bu günlərdə Böyük Britaniyanın “Financial Times” qəzetində Azərbaycan ilə bağlı məqalə dərc edilib. Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan bəzi məqamlar Azərbaycan tərəfinin kəskin etirazına səbəb olub. Qəzetdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin həmin yazıya cavab məktubu dərc edilib. Cavab məktubunda deyilir ki, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın “mübahisəli ərazi” adlandırılması həqiqətə uyğun deyil. Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və hazırda 7 ətraf rayonu ilə birgə Ermənistanın işğalı altındadır. Bu fakt hər zaman nəzərə alınmalıdır və həqiqətdən yayınmaq olmaz.

XS
SM
MD
LG