Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:41

Asəf Məmmədov: «Havel Mükafatını Anarsız gəlib almaq mənə ağırdır»


Asəf Məmmədov: "Havel Mükafatını Anarsız gəlib almaq mənə ağırdır"
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

Asəf Məmmədov: "Havel Mükafatını Anarsız gəlib almaq mənə ağırdır"

-

"Vaslav Havel bütün dünyada tanınan, öz ölkəsində demokratiyaya töhfələr vermiş adamdır. Belə bir insanın adına olan mükafatın Anara verilməsinə çox sevinirəm".

"Beloruslu hüquq müdafiəçisi də həbs edilmişdi, amma mükafatı alandan sonra azadlığa çıxdı. Ümid edirəm ki, Anar da azadlığa buraxılacaq".

Hazırda həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədliyə verilmiş Vaclav Havel Sülh Mükafatı oktyabrın 1-də Praqada onun atası Asəf Məmmədova təqdim olundu.

Asəf bəyin AzadlıqRadiosuna qısa müsahibəsi:

- Asəf bəy, bütün mərasim boyu sevindiyiniz elə də hiss olunmadı...

- Bir ata kimi mənə ağırdır. Neçə gündür həyəcanlıyam. Burda da həyəcan içindəyəm. Bir tərəfdən bu, sevindirici haldır ki, mükafat mənim oğluma verilib. Amma Anarsız gəlib bu mükafatı almaq mənim üçün çox ağırdır. Amma digər tərəfdən, sevinirəm, yəqin oğlum cəmiyyət üçün nəsə bir iş görüb ki, bu mükafatı ona veriblər.

- Bundan əvvəl Vaclav Havel, onun adını daşıyan fond, kitabxana haqda eşitmişdinizmi?

- Bilirəm ki, Vaclav Havel bütün dünyada tanınan, öz ölkəsində demokratiyaya töhfələr vermiş adamdır. Belə bir insanın adına olan mükafatın Anara verilməsinə çox sevinirəm.

- Anar bəy həbs olunandan bəri ailəsində olan ovqatdan da mümkünsə danışın...

Anar Məmmədli
Anar Məmmədli

- Hamımız həmişəki kimi bir yerdəyik, anası, bacısı, həyat yoldaşı, mən... Hər gün fikrimiz Anardı, onun həbsidir.

- Ümumilikdə Azərbaycanda insan haqları ilə bağlı vəziyyət haqda nə düşünürsünüz?

- Bu gün ölkədə baş verən hadisələr məni qane etmir. Anarla bir dövrdə tutulan gənclərin hamısı savadlı insanlardır. Onların ölkəmizə xeyri dəyə bilər. Halbuki indi həbsdədirlər.

- Anar bəyin yaxın vaxtlarda əfv edilməsi, azadlığa buraxılmasına ümidiniz varmı?

- Mən dövlətin adından danışa bilmərəm. Qərar onlarındı. Amma azadlığa buraxılması yaxşı olardı. Ümidim var, Beloruslu hüquq müdafiəçisi də həbs edilmişdi, amma azadlığa buraxıldı (Oles Belyatski Havel Mükafatının ötənilki sahibidir, bu ilin yanvarında həbsdən azad edilib – red.). Ümid edirəm ki, Anar da azadlığa çıxacaq.

Anar Məmmədli vəzifədən sui-istifadə və başqa ittihamlarla 2013-cü ilin dekabrında 5,5 il həbsə məhkum olunub. Özü həbsini siyasi sifariş sayır.
Vaclav Havel Mükafatı
Vaclav Havel Mükafatı

XS
SM
MD
LG