Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:36

Xədicə İsmayıl: «Deyirlər ki, qayıdanda həbs olunacaqsan»


-

Azərbaycanın araşdırmaçı jurnalisti Xədicə İsmayıla deyilib ki, o, Azərbaycana qayıdanda həbslə üzləşəcək. Hazırda Xədicə İsmayıl Strasburqda Avropa Şurası parlament assambleyasının üzvləri ilə görüşür.

Bunları yazan Azadlıq Radiosunun müxbiri Robert Coalson xatırladır ki, Xədicə İsmayıl Azərbaycan prezidentinin ailə üzvlərinin biznes fəaliyyətindən geniş araşdırmaları ilə tanınıb. Xədicə İsmayıl deyir ki, ona qarşı cinayət işi açılıb və ona tapışırılıb ki, oktyabrın 3-də məhkəməyə gəlsin.

X.İsmayıl telefonla Azadlıq radiosuna deyib: “Mənə xəbərdarlıq olunub ki, səfərdən qayıdanda həbslə üzləşəcəm və ola bilsin ki, bu, mənə xəbərdarlığın başqa üsuludur”. “Mən düşünürəm ki, onlar ya istəyirlər ki, mən Azərbaycana qayıtmayam ya da qorxam, Azərbaycandakı işlər barədə sakit duram. Onlar başa düşmürlər ki, bu üsullarla məni susdura bilməyəcəklər”.

GİZLİ VİDEOLAR

X.İsmayıl düşünür ki, ona qarşı bu təqiblər Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı daha geni təqiblərin tərkib hissəsidir. Yerli fəalların məlumatına görə, Azərbaycanda 98 siyasi məhbus var, onlardan 14-ü journalist və bloqçudur.

Coalson yazır ki, X.İsmayıl əleyhinə cinayət işi onun sosial mediada yaydığı bir sənədlə bağlıdır. Sənədə görə, Azərbaycanın məxfi xidmətləri müxalifətçiləri şantaj etmək üçün onların seks videolarından istifadə edirlər ki, müxalifətçilər sonra digər müxalifətçilərdən məlumat versin.

X.İsmayıl bildirir ki, o, sənəddən adı silmişdi, ancaq həmin şəxs onu yenə məhkəməyə verib.

Xədicə İsmayıl deyir: “MTN və Azərbaycanın xüsusi xidmətləri öz tənqidçilərinə qarşı onların seksual həyatı ilə bağlı gizli video çəkməkdə ad çıxarıblar. Bu mənə qarşı da istifadə olunub. Bu başqalarına qarşı istifadə olunur. Mənim üçün bu cinayət işi Azərbaycanda bu məsələyə işıq salmaq üçün bir imkandır”.

X.İsmayıl deyir ki, o, məhkəmədən yayınmır. “Mən səbirsizliklə gayıtmağımı gözləyirəm və Azərbaycanın xüsusi xidmətlərinin öz tənqidçilərinə qarşı istifadə etdiyi üsullardan bərkdən danışmaq istəyirəm”.

Keçən il hakim Yeni Azərbaycan Partiyasına yaxın olan vebsaytın Xədicə İsmayıldan yazdığı məqalənin başlığı belə idi: “Xədicənin erməni anası ölsün”. Məqalədə onun anasının yaşadığı yer göstərilirdi, bacısının ünvanı var idi.

Bacısı Türkiyəyə seks qaçaqmalçılığının təşkilində ittiham olunurdu.

İsmayıl deyir ki, onun vəkili də hazırda həbsdədir və onu müdafiə edən Media Hüquqları İnstitutu da son təqiblərdə faktiki bağlandı.

İsmayıl bildirir ki, Azərbaycanda vətəndaş cəmiyyəti gücdən salınıb. Bir neçə fəal qalıb, onları da susdurmaq istəyirlər.

O, Strasburqa getməyini keçən illərdə Avropa deputatları ilə görüşən fəalların hamısının həbsə düşməyi ya da gizlənməyi ilə izah edir.

Keçmiş ABŞ diplomatı və müstəqil insan haqları müdafiəçisi Rebecca Vinsent e-maillə müsahibədə yazıb ki, “Xədicənin Azərbaycanın vətəndaş cəmiyyətində rolu böyükdür. O, qorxusuz araşdırmaçı jurnalistdir, ölkədə çox az adamdan biridir ki, hakim elitada korrupsiya kimi tabu qoyulan mövzulara toxunmaqdan çəkinmir”

Onun fikrincə, Xədicənin həbsi müstəqil media və insan haqları ictimaiyyətinə böyük zərbə olacaq.

Xədicə İsmayıl isə xaricdə qalmağı düşünmür. “Mən Bakıya qayıdacağam. Çünki Bakı mənim evimdir. Mən heç kimə imkan vermərəm ki, mənim evimdən bayıra atsın”.

XS
SM
MD
LG