Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:28

Sevdiyin qadınla ailə qur, amma uşaq lazım deyil...


Richard Ford
Richard Ford

-

Tanınmış Amerika romançıları Richard Ford və Jonathan Franzen-dən gənc yazarlara məsləhətlər.

Richard Ford:

- Yalnız o adamla ailə qur ki, onu doğrudan da sevirsən və o, yazıçılığa yaxşı baxır.

- Uşaq lazım deyil.

- Əsərlərin haqda yazılanları oxuma.

- Arvadınla səhər tezdən, yaxud gecə mübahisə etmə.

- İçki içə-içə yazma.

- Əgər köməyin dəyəcəyinə tam əmin deyilsənsə, hər zibilə əl bulaşdırma.

Jonathan Franzen
Jonathan Franzen

Jonathan Franzen:

- Oxucu sənin dostundur, düşmən, yaxud tamaşaçı deyil.

- Əgər roman yazıçının şəxsən özü üçün qorxunc, yaxud naməlum bir aləmə səyahət deyilsə, onu yazmağa dəyməz.

(Yalnız puldan ötrü yazmaq olar).

- İnformasiyanın dünyanın hər yerindən əlyetərli və azad olduğu bir dövrdə roman yazmaqdan ötrü uzun-uzadı araşdırma aparıb qalaq-qalaq material toplamağın də dəyəri azalmış olur.

- Əslində ən dəqiq avtobioqrafik nəsr nümunəsi təxəyyül tələb edir.

İndiyəcən heç kəs (Kafkanın) “Çevrilmə”si qədər avtobioqrafik hekayə yazmayıb.

XS
SM
MD
LG