Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 21:34

Ukrayna böhranının xronologiyası [28 avqust - 2 sentyabr]

Ukraynanın şərqində gedən müharibə yeni mərhələyə keçir. Donetsk və Luqanskda Ukrayna təhlükəsizlik qüvvələrinə qarşı döyüşən yaraqlılara indiyədək Rusiya ərazisindən gələn ayrı-ayrı könüllülər qoşulurdusa, artıq bütöv nizami hərbi hissələr köməyə gəlir

Ukrayna hadisələri haqda bütün xəbərləri burada oxu

- İyul və avqust aylarında Ukrayna silahlı qüvvələri bir sıra uğurlar əldə edəndən sonra, Luqanskda və Donetskdə separatçıların rəhbərliyi sıralarında dəyişiklik həyata keçirildi. Yeni separatçı liderləri elan etdikər ki, tezliklə əks-hücuma keçəcəklər. Və həqiqətən də, avqust ayının ikinci yarısında döyüş bölgələrindən Ukrayna qoşunlarının hücumlarının tükənməsi haqda xəbərlər gəldi. Donetsk vilayətinin şərqində İlovaysk və Starobeşevo rayonlarında Ukrayna hərbi hissələri mühasirəyə alındı. Rusiyameylli qüvvələr gözlənilmədən Ukrayna qoşunlarının arxasından, Azov dənizi sahilində Rusiya-Ukrayna sərhəddindən güclü hücuma keçərək Novoazovsk şəhərini də zəbt ediblər. Onlar strateji əhəmiyyəti olan Mariupol şəhərinə hücuma hazırlaşırlar.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

20:16 29.8.2014

RUSİYA İNKAR EDİR, ƏSGƏR ANALARI NARAHATDIR

Rusiya desantçılarının yaxınları hərbi hissə qarşısına toplaşır (Rus dilində)
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

Rusiya rəhbərliyi inadla öz qoşunlarının Ukraynadakı silahlı münaqişəyə qarışmadığını bəyan edir. Luqansk vilayətində əsir alınan Rsuiya desantçılarının isə oraya təsadüfən düşdüklərini iddia edirlər. Gündəlik olaraq mediada yayılan və Rusiya hərbçilərinin Ukraynada döyüşdüynü sübut edən görüntülər fonunda Moskvanın bəyanatları inandırıcı səslənmir. Eskpertlər Moskvanın mövqeyini Əfqansltan müdaxiləsində Sovet rəhbərliyinin siyasətinə bənzədirlər. O zaman Əfqansıtanda həlak olan əsgərlərin məhz həmin ölkədə həlak olduğunu açıqlamaq qadağan idi. Eynilə Ukraynadakı Rusiya əsgərlərinin meyitləri ilə davranırlar. Şərhçilər bir neçə ay geriyə qayıdaraq Krımın işğalında Rusiya qoşunlarının iştirakı haqda xəbərləri təkzib edən Putinin bəyanatlarını xatırladırlar. O zaman Putin deyirdi ki, Krımdakı silahlı adamlar Rsuiya hərbçiləri deyil, paltarlarını "Hərbi dükanlardan" alan şəxlərdir. Sonradan isə, bir sıra Rusiya hərbi birləşmələrinin zabitləri Krım əməliyyatına görə təltif olundular.

02:37 30.8.2014

Vostok batalyonunun komandiri Krıma qədər Ukrayna ərazilərinin ələ keçirilməsi perspektivindən danışır

Ukrayna Milli təhlükəsizlik və müdafiə şurasının ölkənin şərqində gedən müharibə haqda son vəziyyəti əks etdirən xəritəsi
Ukrayna Milli təhlükəsizlik və müdafiə şurasının ölkənin şərqində gedən müharibə haqda son vəziyyəti əks etdirən xəritəsi

Vaxtilə Ukrayna təhlükəsizlik xidmətinin zabiti olan Aleksander Khodokovsky Donetskdə separatçı hərəkat başlayanda Rusiyameylli qüvvələrin tərəfinə keçdi. Bir müddət Donetsk separatçılarının qurduğu hökumətdə "təhlükəsizlik naziri" oldu. Onun təşkil etdiyi "Vostok" batalyonu Ukrayna ordusuna qarşı döyüşən əsas qüvvələrdən biridir. Donbassda səfərdə olan AzadliqRadiosunun müxbiri Andrey Babitskiy ilə söhbətində Khodokovsky deyir ki, Novoazovsk şəhərinin alınması Xerson və Zaporojyeyə qədər Ukrayna ərazilərinin ələ keçirilməsi perpektivini açır. Khodokovsky Rusiyanın Ukryanda böyük maraqlarının olduğunu və buna görə də ən müxtəlif səviyyələrdə separatçılara Rusiyadan yardım olduğunu bildirir.

14:40 30.8.2014

Ukrayna hərbçiləri İlovaysk şəhəri yaxınlığındakı mühasirədən çıxmağa başlayıblar.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin separatçıları mühasirəyə düşmüş Ukrayna qoşunları üçün «humanitar dəhliz» yaratmağa çağırmışdı.

Davamı

XS
SM
MD
LG