Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 21:39

Ukrayna böhranının xronologiyası [28 avqust - 2 sentyabr]

Ukraynanın şərqində gedən müharibə yeni mərhələyə keçir. Donetsk və Luqanskda Ukrayna təhlükəsizlik qüvvələrinə qarşı döyüşən yaraqlılara indiyədək Rusiya ərazisindən gələn ayrı-ayrı könüllülər qoşulurdusa, artıq bütöv nizami hərbi hissələr köməyə gəlir

Ukrayna hadisələri haqda bütün xəbərləri burada oxu

- İyul və avqust aylarında Ukrayna silahlı qüvvələri bir sıra uğurlar əldə edəndən sonra, Luqanskda və Donetskdə separatçıların rəhbərliyi sıralarında dəyişiklik həyata keçirildi. Yeni separatçı liderləri elan etdikər ki, tezliklə əks-hücuma keçəcəklər. Və həqiqətən də, avqust ayının ikinci yarısında döyüş bölgələrindən Ukrayna qoşunlarının hücumlarının tükənməsi haqda xəbərlər gəldi. Donetsk vilayətinin şərqində İlovaysk və Starobeşevo rayonlarında Ukrayna hərbi hissələri mühasirəyə alındı. Rusiyameylli qüvvələr gözlənilmədən Ukrayna qoşunlarının arxasından, Azov dənizi sahilində Rusiya-Ukrayna sərhəddindən güclü hücuma keçərək Novoazovsk şəhərini də zəbt ediblər. Onlar strateji əhəmiyyəti olan Mariupol şəhərinə hücuma hazırlaşırlar.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

15:44 30.8.2014

Novoazovsk şəhəri yaxınlığında Novorossiya bayraqları ilə bəzədilmiş tanklar. Qiyamçılar Rusiyadan gəlmədiklərini deyirlər.

15:40 30.8.2014

TV - Döyüşlər Marioupolun cəmi 10 kilometrliyində gedir. Şəhər sakinləri səngər qazırlar.

14:40 30.8.2014

Ukrayna hərbçiləri İlovaysk şəhəri yaxınlığındakı mühasirədən çıxmağa başlayıblar.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin separatçıları mühasirəyə düşmüş Ukrayna qoşunları üçün «humanitar dəhliz» yaratmağa çağırmışdı.

02:37 30.8.2014

Vostok batalyonunun komandiri Krıma qədər Ukrayna ərazilərinin ələ keçirilməsi perspektivindən danışır

Ukrayna Milli təhlükəsizlik və müdafiə şurasının ölkənin şərqində gedən müharibə haqda son vəziyyəti əks etdirən xəritəsi
Ukrayna Milli təhlükəsizlik və müdafiə şurasının ölkənin şərqində gedən müharibə haqda son vəziyyəti əks etdirən xəritəsi

Vaxtilə Ukrayna təhlükəsizlik xidmətinin zabiti olan Aleksander Khodokovsky Donetskdə separatçı hərəkat başlayanda Rusiyameylli qüvvələrin tərəfinə keçdi. Bir müddət Donetsk separatçılarının qurduğu hökumətdə "təhlükəsizlik naziri" oldu. Onun təşkil etdiyi "Vostok" batalyonu Ukrayna ordusuna qarşı döyüşən əsas qüvvələrdən biridir. Donbassda səfərdə olan AzadliqRadiosunun müxbiri Andrey Babitskiy ilə söhbətində Khodokovsky deyir ki, Novoazovsk şəhərinin alınması Xerson və Zaporojyeyə qədər Ukrayna ərazilərinin ələ keçirilməsi perpektivini açır. Khodokovsky Rusiyanın Ukryanda böyük maraqlarının olduğunu və buna görə də ən müxtəlif səviyyələrdə separatçılara Rusiyadan yardım olduğunu bildirir.

Davamı

XS
SM
MD
LG