Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:49

«Washington Post» Leyla Yunus və İlham Əliyevdən yazır


-

Washington Post qəzeti yazır ki, müxalif fikrə dözməyən avtokrat əgər ətrafında casuslar və satqınlar görməyə başlayırsa, bu o deməkdir ki, sayıq olmaq vaxtıdır.

Azərbaycanda indi məhz belə vaxtdır. İlham Əliyev rejimi ölkənin ən tənqidi insan haqları müdafiəçilərindən birini – Leyla Yunusu həbsxanaya salıb. Onun həyat yoldaşı Arif Yunus da həbs olunub.

Leyla Yunus Vətənə xəyanətdə, saxtakarlıqda, qanunsuz biznes fəaliyyətində, vergidən yayınmada ittiham olunur.

Qəzet yazır ki, Leyla Yunus Qarabağ probleminin həllində Azərbaycanla Ermənistan arasında körpü salmaq cəhdlərinin önündə durur.

O, Azərbaycan və Ermənistan ziyalıları arasında etimad qurulmasını, mübadiləni təşkil edirdi. Bu da ona qarşı absurd ittihamlara əsas verib.

Hökumət onun institutunu qeydiyyata almaqdan imtina edib, bu da onun təşkilatının özbaşına və əhvaldan asılı olan təqiblərinə imkan verir.

Leyla Yunus Azərbaycanda insan haqları pozuntularından illərdir ki, açıq və bərkdən danışır.

Rusiya prezidenti Putini təqlid edən Azərbaycan prezidenti İlham Əliyev həbslərlə və repressiv qanunlarla getdikcə “qaykaları daha bərk sıxır” və vətəndaş cəmiyyətinin salamat qalmasına olan məkanı daraldır.

Əliyev düşünə bilər ki, dünyanın diqqəti Ukraynaya yönəldiyi vaxt tənqidçilərini susdurması çox yaxşı hərəkətdir. Ancaq indi Sovet dövrü deyil. Belə qeyri-sivil davranışı uzun müddət gizlətmək mümkün deyil. Azərbaycandakı həbslər QHT-lərin, insan haqları təşkilatlarının geniş etirazlarını doğurub.

Azərbaycanın Avropa Şurasında Nazirlər Komitəsinə sədrlik etdiyi vaxtda İlham Əliyev belə repressiyanı necə edə bilər- bunu anlamaq mümkün deyil.

Əliyev aydın şəkildə xaricdə hörmət axtarır. Ancaq onun hərəkəti pislənməyə layiqdir.

Lyla və Arif Yunus dərhal azad olunmalıdır. Əgər azad olunmasalar, onda Avropa Şurasından soruşmaq lazımdır ki, insan haqlarının və qanunun alililiyinin hətta baza prinsiplərinə riayət etməyən ölkənin sədrliyinə nə qədər dözəcək?

XS
SM
MD
LG