Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:37

İntihar edən kişilərin sayı qadınlardan 3 dəfə çoxdur


-

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər il dünyada 1 milyona yaxın insan intihar edir.

Bura özünə qəsd edən, amma “məqsədinə çatmayanlar” daxil deyil.

Amma bu məsələdə ən təzadlı məqam odur ki, az qala bütün ölkələrdə intihar edən kişilərin sayı qadınlardan çoxdur.

İsveçin Lund və ABŞ-ın Stanford universitetlərinin apardığı tədqiqat nəticəsində məlum olub ki, həyatına qəsd edən kişilərin sayı qadınlardan 3 dəfə çoxdur. ABŞ-da isə az qala 4 dəfə.

Kişilər arasında intihar son onilliklərdə kəskin artıb. Bu mənada ən zəif təbəqə subay və az təhsilli gənclərdir.

RISK QRUPLARI

Britaniyada aparılmış tədqiqatın nəticələrinə görəsə, kişilər arasında ən yüksək intihar faizi 30-44 yaşlılardadır. 45-59 yaşlılar arasında intihar halları ilə son illərdə kəskin artıb. Yəni iqtisadi böhran dövründə.

2001-2011-ci illərdə İngiltərə və Uelsdə 38,621 kişi intihar edib. Eyni dövrdə özünə qəsd etmiş qadınların sayı isə 12,780 olub. (Bu, 15 yaşdan yuxarı əhali ilə bağlı statistikadır).

1981-ci ildə Britaniyada bu nisbət indiki kimi 3 dəfə yox, 1,9 dəfə idi.

CƏMİYYƏTİN GÖZLƏNTİSİ

Bəs özünə qəsd edən kişilərin sayı niyə qadınlardan bu qədər çoxdur?

Əvvəla, qadınlardan fərqli olaraq kişilər intiharın daha zorakı üsullarını seçirlər və onları xilas etmək nadir hallarda mümkün olur.

Bundan başqa kişilərin ağrı “planka”sı daha yüksəkdir, cəmiyyət ağlayıb-sızlayan kişilərə uğursuz adamlar kimi yanaşdığı üçün onlar problemlərini büruzə vermək istəmirlər. Heç özləri də çox vaxt problemlərinin ciddiliyini etiraf etmirlər. Emosiyalar üst-üstə yığılıb “partlayış baş verəndə” isə onlar intihara əl ata bilərlər.

Kişilər işlərini itirməyi daha ağrılı qəbul edirlər. Çünki ənənəvi olaraq cəmiyyətdə onlardan tez bir zamanda iş tapmaq gözləntisi olur. Cəmiyyətdə gender balansı tədricən dəyişdiyi, qadınlar xidmət sferasına daha çox cəlb edildiyi üçün kişilər üçün iş tapmaq da getdikcə çətinləşir.

Azgəlirli təbəqədən olan kişilər arasında intihar edənlərin sayı imkanlı kişlərdən 10 dəfə çoxdur.

Maddi problemlər qadınlar üçün də ciddi problemdir. Amma onların intiharı daha çox ruhi xəstəliklərlə bağlı olur, nəinki imkansızlıqla.

Oxu zalı

XS
SM
MD
LG