Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:27

Leyla Yunusu 3 aylıq həbs etdilər [Video]


Leyla Yunusa 3 ay həbs verildi
Gözlə

No media source currently available

0:00 0:06:21 0:00

-

İyulun 30-da səhər saatlarında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus evdən çıxarkən həyətdə mülkigeyimli şəxslər tərəfindən maşına mindirilərək aparılıb. Daha sonra onun Baş Prokurorluqda olduğu məlum olub. Ən yeni xəbərlər yazının yuxarısında yerləşdirilir.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Leyla Yunus barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Leyla Yunus məhkəmədən Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına aparılıb.

ARİF YUNUSDAN İLTİZAM ALINIB

Leyla Yunusa qarşı dövlətə xəyanət, dələduzluq, vergidənyayınma və qanunsuz sahibkarlıq, Arif Yunusa qarşı isə dövlətə xəyanət və dələduzluq ittihamları irəli sürülüb.

Haqqında həbs-qətimkan tədbiri seçilməsi üçün Leyla Yunus Nəsimi rayon Məhkəməsinə aparılıb.

Arif Yunusdan isə Bakını tərk etməmək iltizamı alınıb.

ARİF YUNUS İDARƏDƏDİR

Arif Yunus ifadə vermək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə gəlib.

AzadlıqRadiosu müxbirinin bildirdiyinə görə, vəkil Xalid Bağırov da onunla birlikdə İdarənin binasına daxil olub.

İSTİNTAQA GEDİRİK

Arif Yunus prokurorluqda ifadə verməyə razılaşıb. Bu haqda AzadlıqRadiosuna onun özü məlumat verib:

«Qapını açmırdım. Tələb edirdim ki, Leyla Yunus prokurorluqda vəkillə təmin olunsun. Xəbərdarlıq etdilər ki, açmasam, sındıracaqlar. Vəkil Xalid Bağırovla məsləhətləşəndən sonra qapını açdım. İndi vəkilin maşınında, bir nəfər prokurorluq əməkdaşı ilə istintaqa gedirik».

DEDİLƏR, ONU HƏBS EDƏCƏKLƏR...

​Leyla Yunus Baş Prokurorluğa aparılıb. Həyat yoldaşı Arif Yunusun AzadlıqRadiosuna bildirdiyinə görə, bu haqda ona telefonla məlumat verilib:

«Mənə zəng etdilər, Leyla Baş Prokurorluqdadır. Dedilər ki, onu buraxmayacaqlar, həbs edəcəklər, ona qarşı ittiham irəli sürüləcək. Məni də həbs edəcəklər».

Arif Yunus: "Leylanı da həbs edəcəklər, məni də"
Gözlə

No media source currently available

0:00 0:05:44 0:00

​LEYLA YUNUS NAMƏLUM İSTİQAMƏTƏ APARILIB

İyulun 30-da səhər saatlarında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus evdən çıxarkən həyətdə mülkigeyimli şəxslər tərəfindən maşına mindirilərək naməlum istiqamətdə aparılıb. Bu barədə AzadlıqRadiosuna onun həyat yoldaşı Arif Yunus məlumat verib.

«Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda mətbuat konfransına gedirdi. Evdən çıxıb həyətə düşdü. Pəncərədən baxdım ki, Leylanı artıq avtomobilə mindiriblər. Mülki geyimdə idilər. Bir nəfər arxada Leylanın yanında, bir nəfər də qabaqda sürücünün yanında oturmuşdu. Ehtimal edirəm ki, Baş Prokurorluğun əməkdaşlarıdırlar. İndi də 5-6 nəfər gəlib qapını döyür. Məni aparmaq istəyirlər, qapını açmıram. Koridorda 5-6 nəfər var. Dünən bizi güdən «Niva» avtomobili də həyətdədir. Əlavə qara rəngdə iki avtomobil də var həyətdə».

Ötən gün Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus evlərinin önündə şübhəli adamların müşahidə apardığını bildirib.

İyulun 29-da hüquq müdafiəçisi prezident İlham Əliyevə də müraciət edib, bildirib ki, «dayanmaq heç vaxt gec deyil. Yalnız o dünyadan dönüş yoxdur. Emosiyalara qapılıb Sizi qıcıqlandıranlara, öz əllərinizlə boğmaq istədiklərinizə divan tutmağı tələb etmək lazım deyil».

«Ayna»-«Zerkalo» qəzetlərinin Türkiyə təmsilçisi Rauf Mirqədirovun həbsindən sonra, aprelin 28-də gecə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, politoloq Arif Yunus xaricə gedərkən Bakı aeroportunda saxlanmışdılar. Onların ölkədən çıxmasına icazə verilməmişdi. Həmin gün Leyla Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində jurnalist Rauf Mirqədirovun (dövlətə xəyanətdə, Ermənistana casusluqda ittiham olunur) cinayət işi ilə bağlı dindirilmişdi.

Bundan sonra hüquq müdafiəçisi prokurorluğun çağırışlarına getməyib. Leyla Yunus bildirib ki, aprelin 28-də onların pasportları və evin sənədləri qanunsuz olaraq götürülüb. O deyb ki, həmin sənədlər qaytarılmayana qədər prokurorluğa getməyəcək.

XS
SM
MD
LG