Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:19

NİDA-çı gənc: «Bir gün hamımız buradan çıxacağıq...»


Məhkəmədə qaz bombası
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

-

İyulun 18-də Bakı Apellyasiya Məhkəməsində NİDA-çıların işi üzrə proses davam edib.

Məhkəmə başlamadan NİDA-çılarla konvoylar arasında mübahisə doğub.

Mübahisəyə səbəb vəkilin NİDA-çılara məktub vermək istəməsi olub. Bu zaman Penitensiar Xidmətin əməkdaşı ona mane olmağa çalışıb.

QAZ BOMBASI?

NİDA-çılar bu davranışa etiraz edincə, sözügedən əməkdaş onları söyməyə başlayıb.

Mübahisə qarşılıqlı söyüş və əl-qol hərəkətləri ilə davam edib. NİDA-çıların valideynləri Penitensiar Xidmət əməkdaşının onlarla davranışından da narazı qalıblar.

Məhkəmə nəzarətçiləri həmin əməkdaşı islas zalından uzaqlaşdırsa da, o, bir müddət sonra əlində qaz bombası geri qayıdıb. Bu zaman nəzarətçi təkrar zaldan çıxarılır.

MÜBAHİSƏDƏN SONRA BAŞLANAN MƏHKƏMƏ

İnsidentin sonuna yaxın hakimlər məhkəmə zalına daxil olublar. Məhkəmə mübahisə bitəndən sonra başlanıb.

Proses başlarkən, İlkin Rüstəmzadə hakimə üz tutaraq narazılığını bildirib:

«Həmin adamlara deyin ki, qəfəsdə olanlara əl-qol atmazlar. Bir gün hamımız burdan çıxacağıq. O zaman gələr, bizə nə sözü var deyər. Həddini bilsin».

Vəkillər Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verdiklərindən, məhkəmə qeyri-müəyyən vaxtadək ertələnib.

GƏNCLƏR İTTİHAMLA RAZILAŞMIRLAR

NİDA-çı fəallar – Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və İlkin Rüstəmzadə 2013-cü ilin mart-may aylarından həbsdədirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsi onları 2013-cü il 10 mart tarixli etiraz aksiyasında kütləvi iğtişaşlar planlaşdırmaqda, qanunsuz partlayıcı maddə və narkotik saxlamaqda və xuliqanlıqda təqsirli bilərək, 6 ildən 8 ilədək azadlıqdan məhrum edib.

İttihamlarla razılaşmayan gənclər siyasi motivlərlə həbs olunduqlarını deyirlər. İyunun əvvəllərində NİDA-çı Bəxtiyar Quliyev təşkilatdan çıxdığını bildirib və prezidentdən əfv istəyərək öz vəkillərindən imtina edib.

XS
SM
MD
LG