Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:36

Putin Ukraynanı hədələdi


Vladimir Putin
Vladimir Putin

-

Rusiya xəbərdarlıq edib ki, Ukraynanın Avropa Birliyi ilə assosiasiya sazişi imzalamasının Kiyev üçün «ciddi nəticələri» olacaq.

Putin-in sözçüsü Dmitry Peskov deyib ki, «Rusiya özünün iqtisadiyyatı üçün neqativ nəticələr üzə çıxan kimi AB-Ukrayna sazişinə reaksiya verəcək».

Rusiya xarici işlər nazirinin müavini Grigory Karasin isə deyib ki, sənədin imzalanması hər bir ölkənin suveren hüququ olsa da, bunun, heç şübhəsiz, Moldova və Ukrayna üçün ciddi nəticələri olacaq.

DONMUŞ MÜNAQİŞƏLƏR ALOVLANA BİLƏR

Şərhçilər bildirirlər ki, bu reaksiya ilə Moskva Şərqi Ukraynada və Moldovadakı etnik münaqişələri yenidən alovlandıracağına işarə vurub.

Bundan əvvəl Vladimir Putin demişdi ki, Gürcüstanın buna bənzər hərəkətləri həmin ölkənin öz ərazilərini itirməsi ilə nəticələnib.

Avropa Birliyi ilə imzalanmış sazişlər Ukrayna, Gürcüstan və Moldovada AB standartlarına cavab verən bizneslərin məhdudiyyətsiz fəaliyyətinə yol açır.

Saziş, həmçinin, Avropa mallarının Ukrayna, Gürcüstan və Moldovada daha asanlıqla və daha ucuz satışına imkan yaradacaq.

Bundan bir qədər əvvəl Vladimir Putin-in müşavirlərindən Sergei Glazyev Ukrayna prezidenti Poroshenko-nu «faşist» adlandırmış və xəbərdarlıq etmişdi:

«Bu saziş imzalandıqdan sonra Avropa ictimaiyyəti avrobürokratların və bəzi siyasilərin dünyaya gətirdikləri bu faşist Frankenstein-in Avropa ölkələrinin qapılarını döydüyünü görəcək».

MOLDOVADA SEPARATÇILAR TƏRPƏNİR

Bu bəyanatdan sonra cənab Peskov Glyazev-in dediklərinin Kremlin rəsmi mövqeyi olmadığını bildirib.

Bu arada Rusiya bildirib ki, Şərqi Ukraynada davam edən münaqişədən qaçan 90 min Ukrayna vətəndaşını qaçqın kimi qeydiyyata alıb.

Bəzi məlumatlara görə, Moldovanın separatçı Dnestryanı regionuna bitişik ərazilərdə Rusiyayönümlü separatçıların hərəkətliliyi qeydə alınıb.

XS
SM
MD
LG