Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:20

Əli Həsənov: «Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir»


Əli Həsənov
Əli Həsənov
-
«Mübaliğəsiz demək olar ki, bu gün Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir. Biz ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edirik. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycanın regionlararası əlaqələri səmərəli və dinamik inkişaf edir».

Bunu AzərTAc-a müsahibəsində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Əli Həsənov deyib ki, Cənubi Qafqazda etnik rusların ən çoxu Azərbaycanda yaşayır. Azərbaycanda rus kəndlərinin adları dəyişdirilməyib. İsmayıllı rayonunda İvanovka kəndi, Gədəbəy rayonunda Slavyanka, Masallı rayonunda Kalinovka, Quba rayonunda Alekseyevka, Vladimirovka və bir sıra başqa kəndlər var.

RUS DİLİNDƏ 100 MİNDƏN ÇOX ADAM TƏHSİL ALIR

Prezident Administrasiyasının şöbə müdirinin fikrincə, Azərbaycan ilə Rusiya arasında ictimai-siyasi və humanitar münasibətlərin mühüm amillərindən biri də respublikada rus dilinin qorunub saxlanması və inkişafıdır. O deyib ki, Azərbaycanda 327 orta məktəb və 27 universitetdə tədris Azərbaycan və rus dillərində, 16 məktəbdə isə yalnız rus dilində aparılır:

«Rus dilində təhsil alan şagirdlərin və tələbələrin sayı 100 min nəfərdən çoxdur. Bakıda rus dilinin öyrənilməsi üzrə iri mərkəzlərdən biri – Bakı Slavyan Universiteti fəaliyyət göstərir, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı açılıb. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, Səməd Vurğun adına Rus Dram Teatrı çox populyardır».

İyunun 23-24-də Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

Forumda Azərbaycan və Rusiya dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak edəcəklər.

Forumda Azərbaycan və Rusiya arasında sənədlər imzalanacaq.
XS
SM
MD
LG