Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:19

Lavrov-un bu səfərinin niyəsi


Putinin Bakı səfəri - 13 avqust 2013
Putinin Bakı səfəri - 13 avqust 2013
-
Gözlə

No media source currently available

0:00 0:03:52 0:00
Direct-ə keçid

Bu gün – iyunun 17-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycana ikigünlük rəsmi səfərə gəlir

Rusiya Xarici İşlər Nazirliyi informasiya və mətbuat departamentinin məlumatına görə, səfər zamanı tərəflər regional və beynəlxalq məsələləri müzakirə edəcəklər. Səfər proqramına Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar və prezident İlham Əliyevlə görüş daxildir.

Həştərxanda keçiriləcək 4-cü Xəzər sammitinə hazırlıq baxımından Xəzər mövzusuna da diqqət ayrılacaq. Danışıqların gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması da daxildir.

UKRAYNA İTKİSİNİ AZƏRBAYCANLA KOMPENSASİYA?

«Bu səfər böyük ehtimalla Avrasiya İqtisadi Birliyi ilə bağlıdır. Moskva istəyir ki, Azərbaycan da bu birliyə üzv olsun,» – Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu belə deyir və daha sonra söylədiklərinə bunu da əlavə edir:

«Artıq Rusiya Ukraynanı itirib. Ukrayna birmənalı olaraq Avropaya inteqrasiya olunacaq. Ona görə Rusiya bütün gücü Cənubi Qafqaza verərək, Ukrayna itkisini Azərbaycanla kompensasiya etmək, Azərbaycanı təzyiq yolu ilə Avrasiya İqtisadi Birliyinə qatmaq istəyir».

«...RUSİYAYA MESAJ İDİ»

Elxan Şahinoğlu
Elxan Şahinoğlu
Elxan Şahinoğlu daha öncə gerçəkləşən bir səfərə – Avropa Komissiyasının sədri Jose Manuel Barroso-nun Bakı səfərinə də diqqət çəkərək deyir ki, həm Rusiya, həm də Avropa Birliyi arasında Azərbaycan uğrunda diplomatik mübarizə gedir:

«Barroso gəldi-getdi, indi ardınca Lavrov gəlir. Ardınca da Rusiyanın ən millətçi siyasətçilərindən biri, Rusiya baş nazirinin müavini Dmitry Rogozin gələcək. Azərbaycan hakimiyyətinin Avrasiya İqtisadi Birliyinə üzv olmasına ciddi-cəhdlə çalışacaqlar. Rəsmi Bakının bu məsələdə mövqeyinin dəyişəcəyinə inanmıram.

Təsadüfi deyil ki, prezident İlham Əliyev Barroso ilə görüşündə Azərbaycanın Avropa Birliyi ilə münasibətlərə öncəlik verəcəyini vurğuladı. Bu, əslində, Rusiyaya da bir mesaj idi ki, Azərbaycan bu təzyiqlər qarşısında Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə üzv olmayacaq».

«BİZ DƏ ÖZ ŞƏRTLƏRİMİZİ İRƏLİ SÜRƏ BİLƏRİK»

Politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyir ki, həm təbii ehtiyatlarına, həm də strateji-coğrafi mövqeyinə görə, Azərbaycan həmişə Rusiyanın diqqət mərkəzində dayanıb:

Fikrət Sadıqov
Fikrət Sadıqov
«Moskva rəsmiləri bizi Avrasiya İttifaqına cəlb etmək fikrindədirlər. Onlar bu fikri dəfələrlə səsləndiriblər. Lavrov-la baş nazirin müavini Rogozin də elə həmin məqsədlə bura gəlirlər. Əlbəttə, Dağlıq Qarabağ problemi, beynəlxalq münasibətlər də müzakirə olunacaq.

Bizi harasa cəlb etmək fikrinin qarşılığında biz də öz şərtlərimizi irəli sürə bilərik. Rusiya Minsk qrupunun həmsədridir, Ermənistanın yaxın hərbi-siyasi müttəfiqidir. Rusiyanın mövqeyindən, Ermənistana təzyiqindən, müəyyən diplomatik addımlardan çox şey asılıdır».

«SADƏCƏ, SİYASİ DİALOQUN DAVAMIDIR»

Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov fərqli düşünür. O, Avrasiya İttifaqına qoşulmaq məsələsinin bu səfərdə danışıqların müzakirə predmeti olacağına inanmır:

Rasim Musabəyov
Rasim Musabəyov
«Hələlik, bunu zəruriləşdirən heç bir amil yoxdur... Bu səfərdən qeyri-adi nəsə axtarmağa dəyməz, sadəcə, siyasi dialoqun davamıdır. Ukrayna hadisələrindən sonra Rusiya ətrafında müəyyən gərginlik var.

Düşünürəm ki, Lavrov çalışacaq Rusiyanın mövqeyini izah etsin. Nəzərə almaq lazımdır ki, bu məsələdə Azərbaycanla Rusiyanın mövqeləri üst-üstə düşmür. BMT-nin Baş Assambleyasında biz Ukraynanı dəstəkləmişik».
XS
SM
MD
LG