Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:44

Avrasiya İqtisadi Birliyinə dair saziş imzalandı (Video)


Avrasiya iqtisadi Birliyi haqqında saziş imzalandı
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

Avrasiya iqtisadi Birliyi haqqında saziş imzalandı

-

SAZİŞ İMZALANDI

Rusiya, Qazaxıstan və Belarus liderləri Astanada Avrasiya İqtisadi Birliyinin (AİB) yaradılmasına dair saziş imzalayıblar.

VAHİD GÖMRÜK TARİFLİ ƏRAZİ FORMALAŞIR

Rusiya, Qazaxıstan və Belarus prezidentləri mayın 29-da Astanada görüşdü, Rusiyanın rəhbərliyi ilə Avrasiya İqtisadi Birliyini yaratmaq məsələsi üzrə saziş imzaladılar.

Sazişi Vladimir Putin, Nursultan Nazarbayev, Alyaksandr Lukashenka imzalayıblar. Bu sənədlə 2015-ci il yanvarın 1-dən vahid gömrük tarifləri olacaq ərazi formalaşacaq.

Tənqidçilər bu blokun yaradılmasına Moskvanın Sovet İttifaqını bərpa etmək cəhdi kimi baxırlar. Putin bu versiyanı rədd edib.

Bu 3 prezidentə Ermənistan və Qırğızıstan prezidentləri də qoşulacaq. Onlar da birliyə qoşulmaqda maraqlı olduqlarını deyiblər.

Putin və Nazarbayev ayrıca görüşdə Qazaxıstanın ilk nüvə enerjisi zavodunun tikintisinə dair memorandum imzalayacaqlar.

Astanada polis ölkənin AİB-ə girməsinə etiraz edən onlarla fəalı saxlayıb.

Astananın mərkəzinə toplaşan fəallar cərrah maskası taxıb əllərində “Özünüzü Rusiyanın imperiya virusundan qoruyun!” şüarı tutublar.

Saxlanan fəallardan mobil telefonları və kameraları alınıb.
XS
SM
MD
LG