Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 20:39

Müharibədə “D-Day” nə deməkdir?


Adolf Hitler
Adolf Hitler
-

Hitler Almaniyasına qarşı ikinci cəbhənin açılmasından 70 il keçir.


1944-cü il iyunun 6-da Normandiyaya (Fransa sahillərinə) 24 min ABŞ, Britaniya və Kanada əsgəri çıxarıldı. O günə “D-Day” də deyirlər. Bu hərbi terminin mənası nədir?

Qərb ordularında “D-Day” – böyük hərbi əməliyyatın başlanacağı günün şərti adıdır. Dəqiq tarix isə sirr kimi saxlanır. İlk gündən bütövlükdə əməliyyatın uğuru çox asılı olduğu üçün, hücumun gözlənilməzliyini təmin etməkdən ötrü belə edilir. Hətta qabaqcadan verilən əmrlər də “D-Day-3”, yaxud “D-Day+2” kimi verilir. Yəni əməliyyat başlanana 3 gün qalmış, yaxud 2 gün sonra.

“D-Day”dəki “D” də elə “day”(gün) deməkdir. Yəni qeyri-müəyyən gün, günlər günü. Rus ordusunda “D-Day”ə “Час Ч”, fransız ordusunda “Jour J”, İndoneziya ordusunda “"Hari H" deyirlər.

Müttəfiq qoşunlarının Normandiyaya çıxarılması əməliyyatı 1943-cü ildən hazırlanmağa başlanmış, ilk olaraq 1944-cü il iyunun 4-ə təyin edilsə də, pis hava şəraitinə və dənizdəki dalğalara görə görə təxirə salınmışdı.

Bu günlərdə dünya liderləri əməliyyatın başlandığı Normandiyaya - anım mərasiminə toplaşırlar.

Müttəfiqlərin hücumu Hitlerin qüvvələrini parçalayaraq sovet qoşunlarının da şərqdən hücumunu nisbətən asanlaşdırdı. Amma sahildə istehkamlar quran nasist əsgərləri təkcə iyunun 6-da, dənizdən və paraşütlərlə quruya çıxmağa cəhd edən müttəfiq qüvvələrinin az qala yarısını sıradan çıxara bildilər. Həmin gün müttəfiqlər 4 mindən çox əsgər itirdilər.

Sözügedən əməliyyat məşhur Amerika rejissoru Steven Spielberg-in “Sıravi Rayanı xilas etmək” filmində də bütün dəhşəti ilə təsvir olunur.
XS
SM
MD
LG