Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:12

ATƏT-in Minsk Qrupu: "İşğaldakı ərazilərdə əhalinin sayı dəyişməyib"


Şuşa, Mart 2014.
Şuşa, Mart 2014.
-

ATƏT-in Minsk qrupunun həmsədrləri mayın 16-19-da regiona etdikləri səfərə dair açıqlama yayıblar. Səfəri Rusiyadan Igor Popov, Fransadan Jacques Faure və ABŞ-dan James Warlick və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk həyata keçirib. Onlara iyundan Minsk qrupunda həmsədrliyə başlayacaq səfir Pierre Andrieu də qoşulub.

İNFRASTRUKTURDA İRƏLİLƏYİŞ OLSA DA...

Səfərin məqsədi mandata uyğun olaraq Dağlıq Qarabağ, Kəlbəcər və Laçında durumu dəyərləndirmək olub. Həmin ərazilərdə həmsədrlər infrastrukturda irəliləyiş əlamətləri görsələr də, son illərdə əhalinin sayında hansısa dəyişiklik müşahidə etməyiblər.

Həmsədrlər Sərsəng su anbarına da baş çəkiblər, onun menecerləri ilə statusu və əməliyyatlarını müzakirə ediblər. Həmsədrlər ümidlərini bildiriblər ki, tərəflər regiona fayda vermək məqsədilə bu su ehtiyatlarından birgə istifadəyə dair razılıq əldə edəcəklər.

ATƏŞKƏS POZUNTULARI NECƏ ARAŞDIRILSIN?


Mayın 19-da həmsədrlər Tərtər yaxınlığında təmas xəttini keçiblər. Onlar atəşkəsin pozulması hallarının davam etməsinə və itkilərə görə təəssüfləndiklərini bildiriblər: «Bu atəşkəs pozuntularının araşdırılması üçün mexanizmin olmaması tərəflərə bir-birini günahlandırmağa şərait yaradır».

Həmsədrlər Yerevan və Bakıda rəsmilər, eləcə də Dağlıq Qarabağ və Kəlbəcərin de-fakto hakimiyyəti və yerli idarəedici orqanların təmsilçiləri ilə görüşüb, Laçında olublar. Həmsədrlər Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının təmsilçiləri ilə də görüşüb.

Görüşlərdə sülh prosesinin elementləri müzakirə olunub və vurğulanıb ki, davamlı həllin əsasını həmsədr ölkələrin prezidentlərinin 2009 və 2013-cü illərdə verdikləri bəyanatlarda göstərilən elementlər təşkil edir.
XS
SM
MD
LG