Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:30

Senzuranı lənətləyib Ukraynaya dəstək verdilər


Lyudmila Ulitskaya
Lyudmila Ulitskaya
-

Rusiya PEN-klubu Kremli sərt tənqid edən bəyanat yayıb.

Boris Akunin, Vladimir Sorokin, Lyudmila Ulitskaya və yüzlərlə başqa yazarın üzv olduğu PEN-klub bildirib ki, Ulrayna haqqında yalan və böhtan kampaniyasında iştirak etməyəcək, ukraynalı həmkarları ilə münasibətləri pozmayacaq, əksinə dialoqu davam etdirəcək.

Bəyanatda deyilir ki, Rusiya hökuməti mədəniyyət qarşısında cinayət işləyərək SÖZü məhv etməklə məşğuldur.

“Yazar cameəsinin peşəkar və vətəndaş borcu həqiqəti demək, yeni-yeni MƏNAlar yaratmaqdır. Yeni mənaların yaradılması, reallığın ifadə edilməsi isə yalnız SÖZlər vasitəsilə mümkündür. Bu gün Rusiya hakimiyyəti SÖZdən MƏNAları məhv etmək üçün istifadə edir”.

Yazarlar qeyd edirlər ki, Rusiyanın informasiya məkanında “faşizm, xunta, millətçilik” kimi sözlərdən bol-bol istifadə olunur, bu, aqressiya, nifrət üçün bir katalizatora çevrilir, həqiqəti deməksə terrorçuluqla eyniləşdirilir.

Bəyanatda vurğulanır ki, dövlət MƏNAların yaradılmasını öz monopoliyasına almağa çalışır. SÖZ üzərində zorakılıq fiziki zorakılıqla nəticələnir.

Yalan kampaniyası Ukraynada müharibəni qızışdırır və insanların ölümünə səbəb olur.
Yazarlar təəssüflə qeyd edirlər ki, bu yalan kampaniyasında bir çox rusiyalı jurnalistlər də iştirak edirlər. Bu yaxınlarda Rusiya prezidentinin mükafatlandırdığı jurnalistlər faktiki olaraq Ukraynadakı müharibənin əsgərlərinə çevriliblər.

“Onların yalanı qan tökülməsi və ölüm ilə nəticələndi, onların Rusiyada ictimai şüura böyük zərbə vurmuş sinizmi və şivəni prezidentin imzaladığı mükafat siyahısında “hadisələrin obyektiv əks etdirilməsi” adlandırılır.

“Biz SÖZün gücünü məmurlardan və siyasətbazlardan yaxşı bilirik. Bu yoldan da geri çəkilən deyilik” – deyə bəyanatda vurğulanır.
XS
SM
MD
LG