Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:20

Mayın 16-da prokuror Anar Məmmədliyə cəza istəyəcək


Prokuror Anar Məmmədliyə cəza istəyəcək...
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

Prokuror Anar Məmmədliyə cəza istəyəcək...

-

Mayın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

İstintaq başa çatmadan öncə, ittiham tərəfi bəzi sübutların siyahıdan çıxarılması və zərərçəkənlərin iştirakına xitam verilməsi ilə bağlı vəsatətlə çıxış edib. Vəsatətlər təmin olunmayıb.

Daha sonra dövlət ittihamçısı çıxış etmək üçün bir gün vaxt istəyib.

Növbəti məhkəmə prosesi mayın 16-na təyin olunub. Bu prosesdə dövlət ittihamçısının təqsirləndirilən şəxslərə cəza istəyəcəyi gözlənilir.

Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, seçkinin nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Müdafiə tərəfi Anar Məmmədlinin həbsinin əsl səbəbinin keçən ilin oktyabrında keçirilmiş prezident seçkilərində qanun pozuntularının monitorinqinin aparılması olduğunu bildirir.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» Anar Məmmədlini «vicdan məhbusu» sayır.
XS
SM
MD
LG