Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:35

Avstriyalı "saqqallı qadın" Conchita Eurovision 2014-ün qalibidir


Conchita Wurst
Conchita Wurst
Danimarkanın paytaxtı Kopenhaqendə keçirilən Eurovision mahnı müsabiqəsinin qalibi məlum olub. Finalda hamıdan çox (290) xal toplayan Avstriyali müğənni Conchita Wurst «Rise like phoenix» mahnısı ilə birinci yeri tutub. 2-ci yerə Niderland, 3-ə isə İsveç çıxıb.

Azərbaycanın ifası bu dəfə Avropalıların ürəyinə yatmayıb. Dilarə Kazımovanın ifasında Star the Fire mahnısına çox az səs verildiyindən Azərbaycan qısa Eurovision iştırakı tarixində ən zəif nəticə göstərərk 22-ci yerlə kifayətlənməli olub.

Azərbyacana cəmi 33 xal verilirb. Azərbaycan isə öz əsas səslərini Rusiyaya (12 xal), Ukraynaya (10) və Macarıstana (8) verib. Qeyd edək ki, bu dəfə Rusiya ifaçılarına mənfi münasibət özünü dəfələrlə göstərib. Yarımfinalda və finalda Anastasia and Maria Tolmacheva bacılarının çıxışını fitə basanlar və narazı uğultularla qarşılayanlar olub. Belə bir reaksiya Azərbaycanın Rusiyaya ən yükəsk bal verdiyi anda da baş verdi.

Rusiya isə öz növbəsində Azərbaycanın xallarının az qala 1/3-ni təmin edərək, Dilarə Kazımovaya 10 xal verdi.

Bundan başqa Azərbaycana San-Marino 12, Gürcüstan 7, Belarus 3 və Ukrayna 1 xal verdi. (Ölkələr üzrə verilən və qazanılan xalların tam cədvəli)

Finaldan sonra keçirilən mətbuat konfransında qalibdən "Antigey baxışlarını gizlətməyən Rusiya preizdenti Putinə mesajın varmı?" deyə soruşanda Conchita Wurst cavab verdi:

- Bilmirəm, o indi bizi görür ya yox, əgər baxırsa, mən açıq deyirəm: Bizi dayandırmaq mükün deyil!

Növbəti mahnı yarışması gələn il Avstriyada keçiriləcək.

Eurovision 2014-ün qalib mahnsı Rise Like a Phoenix:
XS
SM
MD
LG