Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:32

İranlı qadınlar çadralarını atır


Facebook səhifəsinə Təbrizdən göndərilən şəkillərdən biri
Facebook səhifəsinə Təbrizdən göndərilən şəkillərdən biri
-
Baş örtüyünü açmış qadın “Bacılar, hicaba riayət edin” yazısının qarşısında çəkil çəkdirib internetə yerləşdirib. Başqa bir qırmızı saçlı və günəş gözlükləri taxan qadın isə Peresepolis xarabalıqları önündə şəklini paylaşır – alt yazısında da “Bir neçə saniyə sürən azadlıq” yazısı var. İki qız isə Xəzərin İran sahillərində hicabsız rəqs edən yerdə şəklini paylaşır.
Facebook səhifəsinə göndərilən şəkillərdən biri, "Bir neçə saniyə sürən azadlıq" altyazısı ilə
Facebook səhifəsinə göndərilən şəkillərdən biri, "Bir neçə saniyə sürən azadlıq" altyazısı ilə

Bu cür onlarla İranlı qadın şəkillərini yeni yaradılan Facebook səhifəsində paylaşırlar. “İran qadınlarının gizli azadlığı” adlı səhifənin rəhbəri deyir ki, onlar heç bir siyasi qrupa aid deyillər, sadəcə bu qadınların özlərinin sosial və hüquqi qadağalara qarşı etiraz bildirmə formasıdır.

Səhifəni may ayında mühacirətdəki iranlı jurnalist qız Masih Alinejad yaradıb. Məsihin sözlərinə görə, İranın hər yerindən ona yüzlərlə gənc və hətta yaşlı qadınlar da hicabsız şəkillərini göndərirlər. (Şəkil albomuna keçid) Mayın 3-dən bu yana səhifə artıq 72 min dəfə bəyənilib.
"Bacılar, hicaba aiayət edin" şüarının qarşısından hicabsız şəkil
"Bacılar, hicaba aiayət edin" şüarının qarşısından hicabsız şəkil


İranda hicab və ya baş örtüsü 1979-cu ildən bəri məcburidir. Üstəlik, əxlaq polisi vaxtaşırı olaraq qadınların geyiminə nəzarət edir.
XS
SM
MD
LG