Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:51

Vəkil Arif Yunusun xəstəxanada dindirilməsi ilə bağlı vəsatət qaldırıb


Arif Yunus
Arif Yunus
-
Vəkil Xalid Bağırov Arif Yunusun prokurorluğa çağırılması ilə bağlı ölkə prokurorluğuna vəsatət göndərib.

X.Bağırov vəsatətində A.Yunusun səhhətilə bağlı şahid qismində prokurorluqda ifadə verməsinin mümkün olmadığını vurğulayıb. Ona görə də dindirmənin A.Yunusun müalicə aldığı klinikada aparılmasını təklif edib.

Vəsatətdə bildirilir ki, Arif Yunusun səhhəti uzunmüddətli dindirməyə dözməyə hazır deyil. Bundan başqa dindirmə klinikada aparılarsa dindirmə zamanı səhhətində hər hansı problem yarandıqda dərhal həkim müayinəsi ala bilər. Vəkil əlavə edib ki, istənilən halda dindirmə iki saatdan çox çəkə bilməz.

Bundan başqa Xalid Bağırov prokurorluğa daha bir vəsatət göndərib. Vəsatətdə bildirilir ki, Arif və Leyla Yunus aprelin 28-də Bakı aeroportunda saxlandıqları zaman onların pasportları əllərindən alınıb və indiyə kimi qaytarılmayıb. Hər iki şəxsin ölkədən çıxmaları haqda hər hansı qadağa olmadığı üçün pasportlarının qaytarılmamasını X.Bağırov ciddi qanun pozuntusu kimi dəyərləndirib.

Vəkil başqa bir vəsatəti “Unibank”a göndərib. Həmin vəsatətdə deyilir ki, şəxsi hesabına həbs barədə hər hansı məhkəmə qərarının olmadığına baxmayaraq, bank A.Yunusa bankdakı şəxsi hesabından 8749 avro pul çıxarmasından imtina edib. Vəkil bu özbaşınalıq davam etdiyi halda bankı məhkəməyə verəcəyini nəzərə çatdırıb.
Sülh və Demokratiya İnstitunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus aprelin 28-də Avropaya səfər zamanı Bakı aeroportunda saxlanılıblar. Onların evlərində, çalışdıqları ofisdə axtarışlar aparılıb. Bundan sonra Arif Yunusun qan təzyiqi kəskin şəkildə qalxıb, xəstəxanaya yerləşdirilib.
XS
SM
MD
LG