Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:17

Mustafa Jemilev: «İlham bəylə görüşmək istərdik»


Mustafa Jemilev
Mustafa Jemilev
-
Krım tatarlarının lideri, Ukrayna parlamentinin deputatı Mustafa Jemilev AzadlıqRadiosuna müsahibə verib. Keçən həftə onun Krıma qayıtmaq cəhdi yenidən alınmayıb. Mustafa bəyi Ukraynanın paytaxtı, Kiyevdə tapdıq:
- Mustafa bəy, son durum nə yerdədir? Bildiyimiz qədər siz Mayın 3-də Krıma getmək istəmisiniz, amma yenə də bunun qarşısı alınıb.

-- Krımda vəziyyət çox gərgindir. Mənim Krıma girməyim qadağan edildikdən sonra ora Moskvadan getmək istədim, amma orda da buna imkan vermədilər. Sonra geri - Kiyevə dönüb ordan quru yolla Krım sərhədinə gəldim, amma orda da əsgərlər, polislər və xüsusitəyinatlı qüvvələr var idi. Məni qarşılamağa gələn Krım tatarları sərhədi keçdilər və az qaldı qarşıdurma yaransın. Amma mən qarşıdurma olmasın deyə, geri döndüm. Rusiyanın təhlükəsizlik xidməti məni qarşılamağa gələn insanları çağırıb sorğu-sual edir, onları cəzalandırırlar. Krım Tatar Milli Məclisi bağlanmaq təhlükəsi ilə üzləşib.
Gözlə

No media source currently available

0:00 0:07:04 0:00
Direct-ə keçid


--Krım Milli Məclisinin başqanı Refat Chubarov-u ekstremizmdə ittiham edirlər. İndi vəziyyət nə yerdədir?

--Məni buraxmadıqdan sonra Krım tatarları buna etiraz olaraq 7-8 yerdə küçə və yolları bağladılar. Buna görə ilk olaraq Refat Chubarov-u ittiham edirlər. Krımın prokuroru xanım Polonskaya Krım Tatar Milli Məclisini bağlamaqla hədələyib. Sərhədi keçənlər isə 20 rubldan başlayaraq cərimə oluna və ya onlara qarşı digər tədbirlər görülə bilər. Qarşıdan gələn 18 may - Krım tatarlarının sürgün edilməsinin ildönümü ərəfəsində yəqin ki, gərginlik artacaq. Həmin günün neçə keçiriləcəyi tam bəlli deyil. Ruslar bunu nəzarətə götürməyə cəhd göstərsələr, gərginlik arta bilər. Yox, buna cəhd etməsələr belə, Krım tatarları öz bayraqları ilə yanaşı, Ukrayna bayraqlarını da qaldırsalar, yenə də gərginlik olacaq. Yaxşı gözləntilər yoxdur.

-- Mustafa bəy, Krım tatarları hazırda kimin - Ukrayna, yoxsa Rusiyanın tərkibində qalmaq istəyirlər? Onların bir seçimi varmı?

-- Onlar Rusiya vətəndaşlığını qəbul etmək istəmirlər. Bəziləri bunu etməyə məcbur olacaq, amma onlar Rusiya pasportu alsalar da, Ukrayna vətəndaşlığından imtina etmək fikrində deyillər. Başqa bir tərəfdən, onlar rus pasportu almasa, bizneslə məşğul ola bilməyəcəklər, bu cür çətinliklər yaranacaq.
Tərəfdarları Krıma getmək istəyən Mustafa Jemilev-i qarşılayırlar - 3 may 2014
Tərəfdarları Krıma getmək istəyən Mustafa Jemilev-i qarşılayırlar - 3 may 2014

-- Siz hazırda Ukraynadasınız. Sizin təhlükəsizliyiniz təmin olunurmu? Çünki Krıma getmək üçün sizə təminat lazımdır, bu təminatı kim verə bilər?

-- Buna təminat verilsə də, Krıma girməyə icazə vermirlər, istər hava, istərsə də quru yollarını bağlayıblar. Putin-in bu dərəcədə qorxaq olduğunu heç zənn etmirdim.

-- Siz Türkiyə hökuməti ilə əlaqə saxlamısınız. Türkiyə hökuməti bu işdə sizə hər-hansı bir yardım edə bilərmi?

-- Bəli, çünki mayın 3-də orda qarşıdurma olanda, əlaqə saxladılar və dedilər ki, siz ordan ayrılsanız da, biz vəziyyəti yoluna qoymaq üçün diplomatik yolları götür-qoy edəcəyik.

--Buna Krım tatarlarının növbəti bir faciə ilə üzləşməsi kimi baxmaq olarmı?

--Təbii, başqa bir məmləkətin sənin torpağını işğal etməsi faciədir.

--Bəs çıxış yolu nədir?

--Ruslar Krımı tərk etməlidir. İndi sovetləri xatırladan bir rejim gəlib və keçmişdə olduğu kimi mübarizəmizi davam etdirəcəyik. Amma bu mübarizəni qarşıdurma yox, demokratik yolla aparmaq istəyirik.

--Bəs Ukrayna hökumətindən nə gözləyirsiniz?
Krım tatarları Simferopolda namaz vaxtı, 7 mart 2014
Krım tatarları Simferopolda namaz vaxtı, 7 mart 2014
--Normal, demokratik hökumətimiz var və mayın 25-də prezident seçkilərini uğurla keçirsək, daha yaxşı olacaq. Amma Rusiya bu seçkinin baş tutmaması üçün əlindən gələni edəcək.

--Bu seçkidə hansı namizədi dəstəkləyirsiniz?

--Qurultay bu barədə konkret qərar verməyib. Bəlkə də birinci mərhələdə konkret heç bir namizədi dəstəkləməyəcəyik. İkincisi, Krım tatarları seçkidə iştirak etməyəcək, çünki işğal edilmiş torpaqda seçki olmaz. Amma istəyi olan insanlar Krımdan çıxıb Xerson bölgəsində səs verə bilərlər. Amma nə qədər adam çıxa bilsə belə bu, təbii ki, çox az olacaq və buna görə də Krım tatarlarının səsi çox önəmli deyil.
--Azərbaycanla rəsmi və ya qeyri-rəsmi formada hansısa bir əlaqəniz olubmu? Ümumiyyətlə, bu məsələdə Azərbaycandan nə gözləyirsiniz?

--Dostlar bizi görüşdürməyə çalışırlar. Təbii ki, İlham bəylə (İlham Əliyevlə) görüşüb bu məsələyə onun da mövqeyini, nə dəstək verə biləcəyini öyrənmək istərdik. Hər halda bu, faydalı olardı. Biz axı qardaşıq.
XS
SM
MD
LG