Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 17:43

Fuele: «Avropa Birliyi Putin-in 2005-ci ildə dediyini lazımınca qiymətləndirmədi»


-
Avropa Birliyinin Genişlənmə Komissarı Stefan Fuele Azadlıq Radiosuna deyib ki, Avropa Birliyi Rusiya prezidenti Vladimir Putinin 2005-ci ildə dediyini lazımınca qiymətləndirmədi : O vaxt Putin SSRİ-nin dağılmağını “20-ci əsrin ən böyük faciəsi” adlandıranda buna heç kim elə bir əhəmiyyət vermədi.

Mayın 2-də Praqada Azadlıq Radiosunda olan Fuele bildirib ki, Rusiyanın Krımı anneksiyası və Ukraynanın şərqində separtaçılara dəstək verməsi Rusiyanın beynəlxaql hüquqa məhəl qoymamasını və Putinin “sıfır qütblü” dünya yaratmaq arzusunu göstərir. “Sıfır qütblü dünya”da , Fuelenin sözlərinə görə, “bir qayda var, o da qaydasızlıqdır.”

Fuele vurğulayır ki, “Şərq Tərəfdaşlığı Proqramı heç bir ölkəni Moskva ilə Brüssel arasında seçim etməyə vadar etmir. Əgər bizim tərəfdaşlardan biri belə seçim edirsə, biz onun seçiminə hörmətlə yanaşacağıq.”

Rusiyanın Gömrük İttifaqına qoşulmaq qərarını verən Ermənistan haqda Fuele deyib: “Ermənistna gəlincə, biz aydın bildirmişik ki, biz gələcək tərəfdaşlığımızı bu 3 il yarımda əldə olunan müsbət nəticələr üzərində quracağıq”.

Fuelenin Genişlənmə Komissarı vəzifəsində 5 illik müddəti oktyabr ayında bitir. O deyib ki, Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramı çərçivəsində inteqrasiya cəhdlərini davam etdirəcək. Ancaq potensial tərəfdaşların özləri də gərək, islhatlar aparsınlar.

Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramına keçmiş Sovet İttifaqının 6 ölkəsi – Azərbaycan, Ermənistan, Ukrayna, Belarus, Gürcüstan, Moldova daxildir.
XS
SM
MD
LG