Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:19

NİDA-çıların məhkəməsi təxirə salınıb

Məhkəmə zalı dolduğundan binanın qarşında gözləyənlərin çoxu zala buraxılmayıb

Aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatı üzvlərinin məhkəməsi başlayıb. ​

AzadlıqRadiosu məhkəməni və məhkəmə binası ətrafında baş verənləri yaxından izləyir. Xəbərlər Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir.

12:23 24.4.2014
-
Aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatı üzvlərinin məhkəməsi başlayıb. Məhkəmə zalı dolduğundan binanın qarşında gözləyənlərin çoxu zala buraxılmayıb.

NİDA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər AzadlıqRadiosuna deyib ki, polislər məhkəməyə gələn 100-ə yaxın adamı həmişə gözlədikləri bağda gözləməyə imkan verməyib. “Artıq əvvəlki proseslərdə durduğumuz yerdə dayana bilmirik. Bizi nisbətən kənara sıxışdırıblar”.

NİDA-çı gənclər ötən ilin mart-aprel aylarında həbs olunublar. Onlar partlayıcı maddə əldə etmə, narkotik maddə saxlama, kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırılır.

Aprelin 17-də keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay həbs cəzası verilməsini istəyib.

Həmin gündən gənclər buna etiraz olaraq aclıq aksiyasına başlayıblar. Aprelin 20-dən isə aclığa onların valideynləri də qoşulmuşdu. Aprelin 23-də valideynlər aclığı müvəqqəti dayandırıblar.
12:26 24.4.2014

Davamı

XS
SM
MD
LG