Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 17:17

Tarantinonun iddiasını rədd etdilər


Quentin Tarantino
Quentin Tarantino
-

Amerika məhkəməsi məşhur rejissor Quentin Tarantino-nun iddia ərizəsinə baxmaqdan imtina edib.

Tarantino 1 milyon dollar kompensasiya istədiyi iddia ərizəsində yazır ki, “Gawker” internet dərgisi onun növbəti filminin oğurlanmış ssenarisinə qanunsuz olaraq link verib.

“İdbar səkkizlik” (The Hateful Eight) adlanan həmin film ssenarisinin İnternetə sızması rejissoru elə hiddətləndirmişdi ki, onun çəkilişindən ümumiyyətlə imtina etmişdi.

California-nın federal məhkəməsi isə rejissorun vəkillərinə bildirib ki, iddia ərizəsində konkretlik yoxdur, onun müəlliflik haqlarının nə vaxt və necə pozulduğu dəqiq göstərilməyib.

Tarantino bir müddət qabaq demişdi ki, ssenarini, baş rollar üçün nəzərdən keçirdiyi şəxslərdən biri sızdıra bilərdi.

Amma əvvəlcə filmdən imtina edən rejissor sonradan ssenarinin ictimai oxunuşunu keçirmiş (bileti 200 dollara) və bildirmişdi ki, oğurluq versiyanı birinci və axırıncı dəfə səsləndirir, o, ssenarini tamamilə yenidən işləyəcək və “İdbar səkkizliyi” yeni versiyada çəkəcək.

Rejissorun vəkillərinin mayın 30-a qədər vaxtı var ki, iddia ərizəsinə düzəliş etsinlər. Bu halda məhkəmə onu icraata qəbul edə bilər.

“Gawker” isə bildirir ki, heç bir qanunsuz iş görməyib.

Bir halda ki rejissor ssenarinin ictimai oxunuşunu keçirəcəyini demişdi, onda ona İnternetdə link vermək niyə müəlliflik haqqının pozulması sayılmalıdır?
XS
SM
MD
LG