Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:13

Erdoğan: «Paralel qurumların pul yığmasına icazə verməyəcəyik»


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan
-

«Azərbaycanda paralel məsələsini müzakirə etdik. Bu paralel qurumların pul yığmasına icazə verməyəcəyik».

Bunu aprelin 8-də Türkiyənin baş naziri Receb Tayyip Erdoğan rəhbəri olduğu Ədalət və İnkişaf Partiyasının qrup toplantısında bildirib.

Erdoğan bu günkü çıxışında Fetullah Gülenin din adamı deyil, holdinq rəhbəri kimi fəaliyyət göstərdiyini də bildirib.

Bir müddət əvvəl yerli media Erdoğanın Bakıya səfəri zamanı Azərbaycanda nurçularla əlaqəsi olan şəxslərin siyahısını təqdim etməsi haqda məlumat yaymışdı.

TOP AZƏRBAYCANDA...


«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Erdoğanın Bakıda paralel dövlətlə bağlı Azərbaycan hakimiyyəti ilə müzakirə aparması haqqında partiyasının qrup toplantısında danışmasının bir mesaj anlamı da var.
Elxan Şahinoğlu
Elxan Şahinoğlu
«Həm Azərbaycan, həm də Türkiyə ictimaiyyətinə mesaj göndərir ki, bu məsələni Bakıda müzakirə edib. İndi Azərbaycan hakimiyyətindən addımlar gözləyir. Erdoğan əslində elə Bakıda olarkən topu Azərbaycan hakimiyyətinin meydanına atmışdı və bunu bu günkü qrup toplantısında bir daha xatırlatdı. Erdoğanın bu günkü çıxışından da o nəticə hasil olur ki, yığılan pulların necə və hara xərcləndiyi bəlli deyil. Bunun Azərbaycan üçün təhlükə olacağına eyham vurur. Məncə indi Ankara Azərbaycan hakimiyyətindən cavab addımı gözləyir. Əgər siyahı verilibsə, böyük ehtimalla belə siyahı verilib, siyahıda yəqin ki, adlar və şirkətlər var».
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00
Direct-ə keçid


«CAMAAT MƏKTƏBLƏRİ»NİN AQİBƏTİ

Aprelin 4-də Bakıda keçirilən brifinqdə Türkiyənin baş naziri «camaat məktəbləri kimi tanınan türk məktəblərinin Azərbaycandakı fəaliyyəti ilə bağlı cənab Əliyevdən hər hansı bir istəyiniz oldumu» sualına «təbii ki, ölkələrimizdə hər hansı bir sıxıntı varsa və bu sıxıntı ölkələrimizi həqiqətən narahat edirsə, bunları da aramızda ayrıcı müzakirə edirik» cavabı vermişdi.
R.T.Erdoğan və İ. Əliyev
R.T.Erdoğan və İ. Əliyev
İlham Əliyev isə öz növbəsində «həmin məktəblərlə bağlı fikriniz nədir. Türk mətbuatında «Gülen camaatı»nın Azərbaycandakı fəaliyyəti ilə bağlı bəzi xəbərlər çıxdı, bəzi yüksək səviyyəli bürokratların vəzifədən azad edildiyi şəkildə. «Camaat»ın fəaliyyəti ilə bağlı sizin fikriniz nədir» sualına, İlham Əliyev «biz əlaqələrimizə zərrə qədər zərər verə biləcək hər hansı bir addımı qəbul etmirik, imkan vermirik və verməyəcəyik» cavabını vermişdi.
XS
SM
MD
LG