Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:22

NİDA-çıların aparıldığı maşına bibər qazı buraxılıb, Zaur Qurbanlının vəziyyəti pisləşib


Zaur Qurbanlı
Zaur Qurbanlı
-
Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsindən sonra NİDA-çılar Kürdəxanıdakı Bakı İstintaq təcridxanasına aparılarkən yolda Zaur Qurbanlının vəziyyəti pisləşib. Bu barədə AzadlıqRadiosuna Zaur Qurbanlının anası Səkinə Qurbanlı məlumat verib.

“Uşaqlar məhkəmədən sonra Kürdəxanıya aparılanda maşındakı isti və havasızlıqdan Zaur Qurbanlının astmatik tutması olub, havası çatmayıb. 7 nəfərik maşında 10 nəfər olub, üstəlik maşın təcridxananın həyətində yarım saata yaxın dayanıb. Məhbuslar qapını döyüb, aparıldıqları maşının pəncərəsinin, qapısının açılmasını tələb ediblər ki, içəri bir az hava gəlsin. Nəzarətçilər məhəl qoymayıblar, uşaqlar qapını döyəcləməkdə davam ediblər. Nəzarətçilərdən biri maşının içinə bibər qazı buraxıb, bunun nəticəsində Zaurun vəziyyəti daha da ağırlaşıb, İlkin Rüstəmzadənin gözləri zədələnib, ümumiyyətlə bu bütün uşaqlara pis təsir edib”.

Səkinə Qurbanlının dediyinə görə, həkim yardımından sonra Zaur Qurbanlının vəziyyəti bir qədər yaxşılaşıb.

“Zaur zəng eləmişdi, güclə danışırdı, dedi şikayət ediblər, rəis müavini maşına bibər qazı vuran əməkdaşın cəzalandırılacağını bildirib. Biz valideynlər çox narahatdıq, niyə bizim övladlarımıza belə zülm edirlər”.

Həlilik məsələyə penitesiar xidmətdən və istintaq təcridxanasından hər hansı münasibət öyrənmək mümkün olmayıb.
XS
SM
MD
LG