Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:18

Azərbaycandakı rusdillilər Rusiyanı haqlı sayır [Sorğu]


Azərbaycandakı rusdillilər Rusiyanı haqlı sayır
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

Azərbaycandakı rusdillilər Rusiyanı haqlı sayır

-
Vira Abdullayevanın əsli Ukraynadandır. Qızı və oğlu Ukraynada yaşayır. Deyir ki, Ukraynada hadisələr gərgin olanda övladları üçün xeyli narahatlıq keçirib. Özəlliklə də qızına görə nigaran imiş. Kiyevdə yaşayan qızı aksiyalarda fəal iştirakçılardan olub.

«BU MƏSƏLƏDƏ RUSİYANI DƏSTƏKLƏYİRƏM»

Vira Abdullayeva deyir ki, qızı ilə arasında tez-tez mübahisələr düşür. Ən çox mübahisələri Krımın Rusiyaya ilhaqından sonra yaranıb:

«Mən düşünürəm ki, Krım tarixən rusların torpağı olub. Bu məsələdə də Rusiyanı dəstəkləyirəm. Amma qızım bu fikirlərimə görə mənimlə mübahisə edir. O deyir ki, ukraynalılar müstəqillik qazanmaq istəyir, mənsə fikirləşirəm ki, Ukraynada «benderlər» rusları sıxışdırıb, ayrıseçkilik salırlar».

Krımın Rusiyaya ilhaqını dünya ictimaiyyəti yaxşı qarşılamayıb. Bakıda yaşayan ruslar, ukraynalılar və digər rusdilli xalqların nümayəndələri ilə söhbətdən isə məlum olur ki, onlar bu məsələdə daha çox Rusiyanı dəstəkləyirlər. Fikirlərini də onunla əsaslandırırlar ki, Krım tarixən rusların torpağı olub. Nikita Khrushchev onu Ukraynaya hədiyyə edib.

AYAQÜSTÜ QISA RƏYLƏR...

«Sözün düzü, Ukraynada baş verənlərdən çox nigaran idim. Amma nəticədən razı qaldım. Düşünürəm ki, ukraynalılar uduzdu».
Yura
Yura


«Krım tarixən rusların torpağı olub. Ruslar öz torpaqlarını geri qaytardılar. Bu məsələdə təbii ki, Krım xalqı qazandı. Çünki onlar hər zaman Rusiyanın tərkibində olmağı arzulayıblar. Ukraynalılarsa uduzdu. Bu onların öz günahıdır».

«Mən özüm ukraynalıyam. Amma düşünürəm ki, Rusiya düzgün etdi. Krım tarixən rusların torpağı olub və öz torpaqlarını qorudu».

«UKRAYNA QAŞINI İTİRDİ»

Raisa Çiqanov da ukraynalıdır. Deyir ki, Ukraynada xeyli qohumları yaşayır. Ukraynadakı inqilabdan sonra qohumları ilə bircə dəfə internetlə əlaqə yarada bilib. Ondan sonra əlaqə itib. Dəfələrlə cəhd etsə də, əlaqə alınmayıb:
Raisa Çiqanov
Raisa Çiqanov

«Mənim bütün qohumların Ukraynadadır. Mənim Bakıda bircə oğlum var. Qalan bütün qohumlarım oradadır. Onların taleyindən çox narahatam. Əlaqə qura bilmirik. Mən hər il Ukraynaya gedirəm. Vəziyyət son illərdə pisləşdi. Əvvəllər Ruslar və ukraynalılar birlikdə yaşayardılar və bir-birilərindən seçilməzdilər. Amma son illər bu ayrıseçkilik baş qaldırıb. Mən düşünmürəm ki, bu inqilab Ukraynaya nəsə qazandıracaq. Mən Krımda baş verənləri gördükdə Qarabağ hadisələrini xatırlayıram. Bu hadisələr şahid olan biri kimi oradakı qohumların həyatından daha da narahat oluram. Qarabağ Azərbaycan torpağı idi, ermənilər işğal etmişdi. Tarixən Krım da rusların torpağı idi, ruslar öz torpağını geri qaytardı».

Raisa Çiqanovun fikrincə, Krım Ukrayna üçün brilyant idi. O, Ukraynanı brilyant qaşını itirən üzüyə bənzədir.
XS
SM
MD
LG