Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 19:15

Abdullah Gul: «Ümid edirəm, «Twitter» qadağası uzun sürməyəcək»


Abdullah Gul
Abdullah Gul
-
14:25 - ABDULLAH GUL TWİTTER-İN BAĞLANMASINA REAKSİYA VERDİ

Twitter qadağısına Turkiyənin ölkə başçısı Abdullah Gul də twit ataraq reaksiya verib. O, "Sosial media platformalarının tamamilə qapadılması təsdiq edilə bilməz", deyir.

"Twitter kimi dünyada geniş yayılan bir şəbəkəyə toplu olaraq girişin məhdudlaşdırılması texniki baxımdan da mümkünsüz bir şeydir. İnsanların özəl həyat gizliliyini pozan cinayət tərkibli məsələ olarsa, məhkəmə qərarı ilə yalnız aidiyyatı səhifələr bağlana bilər. Ümid edirəm, bu qadağanın tətbiqi uzun sürməyəcək", deyə Gul twitləyir.

10:53 - TÜRKİYƏDƏ TWİTTER-Ə YASAQ QOYULDU

Türkiyədə Twitter-ə yasaq qoyuldu. Bu barədə Baş nazirliyin mətbuat müşavirliyi məlumat yayıb.

Bundan öncə baş nazir Recep Tayyip Erdoğan Bursa mitinqində çıxışı zamanı demişdi ki, “Twitter-mivıttterin kökünü qazıyacağıq”.

Erdoğanın həmin çıxışını öz səsi ilə burada dinlə:


Müşavirlik nazirin bu bəyanatına da açıqlamassında bildirilib ki, baş nazir belə deyərkən hüquqi bir vəziyyətə işarə edib.

Müşavirliyin açıqlamasında qeyd edilir:

"Hazırda Türkiyə Respublikası vətəndaşlarının bəzi linklərin qaldırılması ilə bağlı məhkəmələrdə çıxarılmış qərarların tətbiq olunması mövzusunda Twitter səlahiyyətlilərinin laqeyd qaldıqları söhbət predmetidir".

Bildirilir ki, bu müddət ərzində məhkəmə qərarları istiqamətində telekommunikasiya işlərinə məsul dövlət strukturunun xəbərdarlıqlarına baxmayaraq, Twitter səlahiyyətliləri bu tələblərə laqeyd qalıb.

Qeyd olunur ki, baş nazir Bursadakı çıxışında bu fakta diqqət çəkib.

Bu qadağadan və müşavirliyin açıqlamasından sonra Twitter rəhbərliyi Türkiyə istifadəçilərinə səslənib. Twitter Inc. Şirkətinin açıqlamasında müşavirliyin mövqeyinə münasibət bildirilmir, sadəcə istifadəçilərə SMS vasitəsilə də twit atmağın mümkünlüyü deyilir.

Hazırda Türkiyədə bütün ölkə boyunca demək olar ki, heç yerdə Twitter-ə giriş mümkün deyil.

Türkiyə Çindən sonra dünyada Twitter-ə qadağa qoyan ikinci ölkədir. Twitter-in dünyada təxminən 250 milyon, Türkiyədə isə 12 milyon istifadəşisi var. Bu sosial şəbəkə bir müddət İranda da yasaqlanıb, amma 2013-cü ildən istifadəsinə icazə verilib.
XS
SM
MD
LG