Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:33

Avropa Birliyi İ.Məmmədov və T.Yaqublu barədə hökmü siyasi motivli qərar adlandırır


Arxiv foto: Catherine Ashton (sağda) və Štefan Füle, İstanbul, 13 iyul 2010
Arxiv foto: Catherine Ashton (sağda) və Štefan Füle, İstanbul, 13 iyul 2010
-

Bu barədə Avropa Birliyinin Xarici Siyasət üzrə Yüksək Səviyyəli Təmsilçisi Catherine Ashton və Birliyin Genişlənmə və Qonşuluq Siyasəti üzrə Komissarı Štefan Füle-nin sözçülərinin yaydıqları birgə məlumatda qeyd edilir.

Martın 20-də yayılan sənəddə qeyd edilir ki, bu məhkəmə prosesinin ədalətli olmasına dair beynəlxalq ictimaiyyətdə ciddi şübhələrə baxmayaraq müxalifətdən olan siyasətçilər – İlqar Məmmədov və Tofiq Yaqublu uzun müddətə azadlıqdan məhrum edilib:

“Catherine Ashton və Štefan Füle təəssüflə qeyd edir ki, İlqar Məmmədov və Tofiq Yaqublu barədə məhkəmə hökmünün siyasi motivli olduğu anlaşılır. Bu daAvropa Şurasının üzvü kimi Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərə ziddir. Onlar Avropa Şurası Nazirlər Komitəsinin növbəti sədri olacaq Azərbaycanı məsuliyyətlərini dərk etməyə və öz məhkəmə sisteminin müstəqilliyini təmin etmək üçün daha çox iş görməyə çağırırlar. ”

Bundan əvvəl ABŞ-ın Azərbaycandakı səfirliyi də bəyanat yayaraq hər iki şəxs barədə siyasi motivlərlə hökm çıxarıldığını bildirib.

Martın 17-də Şəkidə məhkəmə «İsmayıllı işi» ilə bağlı ittiham olunan 18 nəfərə hökm oxuyub. Onlardan 10-u 2 il yarımdan 8 ilə qədər azadlıqdan məhrum edilib, 8 nəfər isə çərti cəza ilə azad edilib.

Azadlıqdan məhrum olunanlar arasında Müsavat partiyası başqanının müavini və jurnalist Tofiq Yaqublu (5 il) və REAL hərəkatının rəhbəri İlqar Məmmədov (7 il) da var.

Onlar keçən il yanvarın 23-24-də İsmayıllıda icra başçısının istefası ilə nəticələnən iğtişaşlara görə saxlanıb, ictimai asayişi pozmaq və hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə ittiham olunublar.

Amma müdafiəçiləri və insan haqları fəalları ittihamların əsassız olduğunu, hakimiyyətin yalnız öz siyasi rəqiblərini cəzalandırmaq üçün məhkəmədən istifadə etdiyini deyirlər.
XS
SM
MD
LG