Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:30

Rusiya TV-si Ukrayna ədəbiyyatının klassikini hədəfə aldı


RUSİYA TƏBİLĞAT MAŞINI SHEVCHENKOYA QƏDƏR GEDİR

Rusiyanın dövlət təbliğat maşını anti-Ukrayna isteriyasının elə bir həddinə çatıb ki, artıq Ukrayna klassiki Taras Shevchenko-nu ittiham edirlər.

Rusiya dövlət telekanalının hazırladığı bu sujetdə sual olunur ki, niyə Shevchenko sürgündə olduğu Orenburg haqda heç nə yazmayıb.

İddia olunur ki, guya Ukrayna şairinə buradakı sürgündə az qala cənnət şəraiti yaradılmışdı, guya ki, rus klassikləri Shevchenko-nu 2-ci dərəcəli şair sayırdılar. (ardı aşağıda)


Bu süjetdə onu Rusiyanın düşməni olan Polşa ilə yaxınlıqda ittiham edir və deyirlər ki, Shevchenko-nun ruslara nifrəti olub.

Bir qədər də uzağa gedərək iddia olunur ki, Shevchenko-nun ruslara nifrətini bilən Hitler Ukraynanı işğal edəndən sonra onun abidələrini saxlayıb, guya almanlar icazə veriblər ki, evlərdə Hitlerlə yanaşı Shevchenko-nun da potretləri asılsın.

Və nəhayət olimpiadanın keçirilməsinə milyardlar xərcləyən ölkənin telekanalı sual edir ki, niyə Shevchenko-nun 200 illiyinin Orenburg-da keçirilməsinə bir neçə min büdcə vəsaiti xərclənir?

Rusca bilirsənsə, burada daha ətraflı oxu
XS
SM
MD
LG