Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:20

Putin: «Krımdakı hərbçilər rus ordusu deyil» (4-5 mart xronikası)

Martın 1-dən başlayaraq Rusiyanın hərb əzələlərinin nümayış cəhdi Ukraynanın Krım yarımadasında silahlı toqquşma həddinə çatıb. Sayca qat-qat az olan Ukrayna hərbçiləri rusların təslim olmaq hədələrinə ləyaqətlə sinə gərir. Putin "Krımda rus qoşunları yoxdur" deməklə bütün dünyanı təəccübləndirib. Ukraynda və Krımda Martın 4-5- ə baş verənləri canlı bloqda izlə, xəbərlər gün ərzində yeniləndiyindən son hadisələr bloqun yuxarı hissəsindədir. Azadlıqda qal!
14:44 4.3.2014
Putin təlimin başa çatdığını bildirir
Rusiya prezidenti Vladimir Putin Ukrayna sərhədlərinə toplanan qoşununa öz bazasına qayıtmağı əmr edib. Kremlin sözçüsü Dmitry Peskov martın 4-də bildirib ki, təlimlər uğurla başa çatıb. Dünən Putin Leninqrad regionunda müdafiə naziri Sergei Shoigu ilə birgə sərhəddə yığılan orduya şəxsən baş çəkib.


Rəsmilər deyiblər ki, məşqlərdə 900 tank, 150 min əsgər və zabit heyəti olan ordu, hərbi təyyarə və gəmilər iştirak edirdi.

Moskva Ukrayna ilə sərhəddə aparılan hərbi məşqlərin Kiyevdəki hadisələrlə əlaqəsi olduğunu inkar edib.

Mühasirədə olan Ukrayna hərbi hissələri
Krımda vəziyyət gərgin olaraq qalır. Rusiya qoşunları Ukrayna hərbi hissələrini mühasirəyə alıb təslim olmaq ultimatumu verir. Ukraynalılar əsasən dövlətə sədaqət nümasyiş etdirir, təslim olmayacaqlarını bildirirlər.

AzadlıqRadiosu martın 4-nə keçən gecəyə olan vəziyyəti, blokadaya alınan Ukrayna hərbi hissələrinin izahlı xəritəsini təqdim edir. Martın 4-də gün ərzində Ukrayna xəbərlərini də bizim dəqiqəbədəqiqə yenilənən Canlı Bloqda izləmək olar
14:45 4.3.2014
Yanukovych-dən Putinə xahiş: Ukraynaya ordu göndər

Ukraynanın sabiq prezidenti Viktor Yanukovych Rusiya prezidenti Vladimir Putinə məktub yazaraq “qayda-qanunun bərpası üçün” Ukraynaya qoşun yeritməyə çağırıb.


Yanukovych-in 1 mart tarixli müraciətini BMT-nin Təhlükəsizlik Şurasının iclasında Rusiyanın təmsilçisi Vitali Churkin nümayiş etdirərək oxuyub.

Yanukovych müraciətdə yazır ki, Maydan hadisələri hakimiyyətin qanunsuz olaraq ələ keçirilməsi ilə nəticələnib, anarxiyaya, xüsusən də ölkənin şərqində və Krımda insanların haqlarının tapdanmasına səbəb olub: “Xarici ölkələrin təhriki ilə açıq terror və zorakılıq həyata keçirilir, insanlar siyasi motivlərə görə və dilinə görə təqib edilir”.

Yanukovych hazırda Rusiyada gizlənir, Ukraynanın yeni hakimiyyəti ona cinayət işi açıb.
15:18 4.3.2014
Putin Krımda Rusiyanın hərbi əməliyyatına ehtiyac olmadığını deyir

15:54 4.3.2014
Krımda mühasirədə saxlanan Ukrayna hərbi bazası
Krımın paytaxtı Simferepol yaxınlığında Ukraynanın hərbi bazalarından birini tanınma nişanı olmayan əsgərlər mühasirədə saxlayırlar. Yerli sakinlər Ukrayna bazasını mühasirəyə alanların Rusiya əsgərləri olduğuna əmindirlər. Rusiya tərəfdarları da həmin əraziyə toplaşıb "Rusiya" şüarı səsləndirirlər.
Krımda mühasirədə saxlanan Ukrayna hərbi bazası
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Davamı

XS
SM
MD
LG