Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:49

Ukraynada Berkut xüsusi təyinatlı milis bölməsi buraxılır


Berkut xüsusi təyinatlı polis bölməsi
Berkut xüsusi təyinatlı polis bölməsi
-
Ukraynada daxili işlər naziri vəzifəsini icra edən Arsen Avakov Berkut xüsusi təyinatlı milis bölməsini buraxmaq haqda fərman imzalayıb.

Bununla bağlı o, fevralın 26-na keçən gecə öz Facebook səhifəsində yazıb.

Аvakov yazıb ki, təfərrüatlar haqda bu gün keçirəcəyi brifinqdə məlumat verəcək.

Berkut Ukraynadakı kütləvi etiraz aksiyalarının iştirakçılarına güc tətbiq edən əsas struktur olub. Etirazçılarla toqquşmalar zamanı gözyaşardıcı qazdan, rezin güllələrdən, qulaqbatıran qumbaralardan istifadə edib.

Müxalifət bildirir ki, Berkut etirazçılara güllə atıb, onlarla adamın ölümündə və yaralanmasında iştirak edib. Bölmənin əməkdaşları isə döyüş silahlarının olmadığını bildirib.
XS
SM
MD
LG