Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:26

Cəmil Həsənli: «Yanukovych getdi, İlham Əliyev də gedəcək»


Kiyevdə aksiyaçı
Kiyevdə aksiyaçı
-
«Bu gün Ukraynada hazırkı şəraitdə, maraqlar toqquşması fonunda kim qalib gəlibsə, məğlub da odur. Çünki o qalib təxminən Əbülfəz Elçibəydir».

Ukraynadakı son hadisələri şərh edən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bu fikirdədir. Deputata görə, bu hadisələrdə «Maydan» qalib gəlsə də, xalq qalib gəlməyib:
Gözlə

No media source currently available

0:00 0:05:23 0:00
Direct-ə keçid


«Geosiyasi savaşın hələ başa çatmadığı, 2004-cü il «narıncı inqilab»ın kimin-kim olduğunu müəyyən etmədiyi, Qərblə Rusiya arasında qələbə hələ məntiqi yekununu tapmadığı kimi bu gün baş verənlər də onun davamıdır. Hesab edirəm ki, Ali Radanın spikerini seçmək də, prezident seçkilərini təyin etmək də, hətta «terminator»luqdan, güc amilindən siyasətə gəlmiş Klitschko kimi bir insanın xilaskar kimi təqdim olunması da növbəti dövrdə xəyal qırıqlığı yaradacaq».

FƏRHAD MEHDİYEV: «UKRAYNA PARÇALANMAYACAQ»

Ekspert Fərhad Mehdiyev Ukraynadakı son proseslərin qələbəyə çox yaxın olduğunu deyir. Həm də hesab edir ki, bu qələbə Qərbin qələbəsi olacaq:
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00
Direct-ə keçid


«Ukraynada baş verənlər Qərblə Rusiya arasındakı qarşıdurmanın bariz nümunəsidir. Qərb Ukraynanı Rusiyanın təsir dairəsinə buraxmaq istəmir, Rusiya da, əksinə, Şərqi Avropaya doğru təsirini itirmək istəmir. Belə bir qənaət var ki, Ukraynasız Rusiya imperiya ola bilməyəcək».

Ekspert Ukraynanın parçalanacağı barədə deyilənləri də doğru saymır:

«Deyirlər ki, Şərqi Ukraynada Rusiyayönümlü separatçı bir bölgə ortaya çıxsın, Krımın ayrılması və s. məsələlərdən danışılır. Məncə, bunlar olmayacaq, Ukrayna parçalanmayacaq. Mümkün olanlar odur ki, Yanukovych gedəcək, çünki Ali Radada onun impiçment məsələsi səslənib. «Maydan»dakılar da onun istefası və cəzalandırılmasını tələb edirlər. Amma bunun nə qədər vaxt çəkəcəyini demək bir qədər çətindir».

SƏRDAR CƏLALOĞLU: «QƏRB AÇIQ DƏSTƏK VERƏRSƏ...»

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğluna görə, Ukrayna hadisələri bir daha göstərdi ki, müxalifətin mübarizəsinə Qərb açıq dəstək verərsə, heç bir diktatura hakimiyyətdə qala bilməz:
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00
Direct-ə keçid


«Bu həm də onu göstərir ki, Rusiyanın hegemon rolu arxada qalır. Əslində Ukrayna məsələsini yalnız Avropa Birliyi məsələsinə bağlamaq yanlışdır, bu, bütövlükdə Rusiyanın imperiya yaratmaq istəyinə qarşı atılmış ən ciddi addımdır. Təəssüflənirəm ki, Qərbin vaxtında müdaxiləsi olmadığı üçün bir qədər qan töküldü. Ukraynadakı hadisələri «narıncı inqilab»ın növbəti mərhələsi sayıram. Təəssüf ki, bu inqilab bir az qırmıza rəngə boyandı. Gürcüstanda və Ukraynada baş verənlərdən belə qənaətə gəldim ki, 21-ci əsrdə inqilabların xarakteri dəyişib. Əvvəlki dövrlərdə inqilablar müəyyən bir dövrdə qalib gəlib öz işini görürdüsə, bu «məxməri inqilablar» daha çox xroniki xarakter daşıyır. Yəni, məğlub olub, yenidən dirçəlir. Bu da itkilərin az olmasına gətirib çıxarır. Ukraynada baş verən hadisələr dünya tarixində yeni fenomen kimi qiymətləndirilməlidir və Yaxın Şərq hadisələrinə də tətbiq olunmalıdır».

CƏMİL HƏSƏNLİ: «YANUKOVYCH GETDİ, İLHAM ƏLİYEV DƏ GEDƏCƏK»

Milli Şuranın sədri Cəmil Həsənli Ukraynada baş verənləri Ukrayna xalqının böyük qələbəsi sayır:
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00
Direct-ə keçid


«Bu ölkədə baş verənlər bir daha göstərdi ki, avtoritar, diktator üsulları ilə idarəetmənin heç bir perspektivi yoxdur. Yanukovych ona görə getdi ki, o, ölkədə heç bir islahat aparmadı. O, Ukraynanı demokratik dünyadan uzaq tutmaq istəyirdi və bu da xalqın istəyi ilə üst-üstə düşmürdü. Yanukovych getdi, İlham Əliyev də onun ardınca gedəcək. Demokratiya, Avropa dəyərləri Xəzər sahillərinə qədər genişlənməlidir. İndi diktator üsulu ilə ölkələri idarə etmək, xalqları əsarətdə saxlamaq mümkün deyil. Jurnalistləri, siyasi qüvvələri həbsə atmaqla, onların haqqında süni suçlar düzəltməklə heç nəyə nail olmaq olmaz. Bütün bunlar hamısı müvəqqəti şeydir. Ukrayna xalqını təbrik edirik. Bu ölkədə baş verən hadisələr postsovet məkanından demokratik qüvvələrin nə qədər haqlı olduğunu sübut etdi».
XS
SM
MD
LG